Logo
    main-post-cover

    Waze süni intellekt dəstəyi ilə bir sıra yeni funksiyalar əldə edir

        Waze üçün süni intellekt əsaslı yeni funksiyalar təqdim edib. Yeniliklərin əsas məqsədi sürücülərin tətbiqlə daha təbii şəkildə ünsiyyət qurmasını təmin etmək və marşrut planlaşdırmasını fərdiləşdirməkdir. Ən diqqətçəkən yeniliklərdən biri Gemini süni intellekti ilə təkmilləşdirilən səsli hesabat sistemidir. İstifadəçilər artıq yol hadisələri, qəzalar, yolun bağlanması və ya xəritədəki yanlış ünvan kimi məlumatları təbii danışıq dili ilə bildirə biləcəklər. Bu isə əvvəlki kimi konkret əmrlərdən istifadə etmədən məlumat paylaşmağa imkan verəcək.
        Süni intellektdən kənar yeniliklər də diqqət çəkir. Waze artıq səsli istiqamətləndirmə zamanı daha az bildiriş verməyə imkan yaradan "Less Chatty" rejimini təqdim edib. Bu rejim musiqi və ya podkast dinləyən sürücülərin diqqətinin daha az yayınmasına kömək edəcək. Bundan başqa, tətbiqə Motorsiklet rejimi də əlavə olunub. Yeni rejim iki təkərli nəqliyyat vasitələri üçün daha uyğun marşrutlar və daha dəqiq təxmini çatma vaxtı (ETA) təqdim edəcək.
        Waze həmçinin istifadəçilərin əvvəlki marşrut seçimlərini analiz edərək fərdiləşdirilmiş istiqamətlər təklif etməyə başlayır. Məsələn, əgər sürücü adətən magistral yollara üstünlük verirsə, tətbiq gələcək marşrutlarda həmin variantları ön plana çıxaracaq.
    Paylaş