Logo
    main-post-cover

    Wikipedia süni zəka vasitəsilə öz redaktorlarını rutin işlərdən azad edəcək

    Süni İntellekt
    01.05.2025
    Emil
         Wikipedia internet ensiklopediyasında süni zəkanın istifadəsinə dair yeni strategiyasını elan edib, lakin vacib bir qeyd ilə - süni zəka canlı redaktorları əvəz etməyəcək. Bunun əvəzinə, o, redaktorlara gündəlik, rutin tapşırıqlarda yardımçı olacaq. Wikipedia, süni zəka texnologiyalarının artan populyarlığına baxmayaraq, redaktorlarını və könüllülərini süni zəka ilə əvəz etməyi planlaşdırmır. Əvəzində platforma neyroşəbəkələrdən texniki maneələri aradan qaldırmaq üçün istifadə edəcək ki, iştirakçılar diqqətlərini məzmunun hazırlanmasına yönəldə bilsinlər, tətbiq çətinliklərinə yox.
         Bir çox şirkətlər süni zəkanı iş yerləri üçün təhlükə kimi görsələr də, Wikipedia onu rutin tapşırıqların avtomatlaşdırılması üçün bir alət kimi qiymətləndirir. Məsələn, neyroşəbəkələr tərcümə, moderasiya və informasiya axtarışı sahələrində kömək edəcək, bu da redaktorların vaxtını müzakirələrə və məlumatların yoxlanılmasına sərf etməyə imkan verəcək. Bu isə xüsusilə vacibdir, çünki Wikipedia iştirakçılar arasında konsensusa əsaslanaraq formalaşır. “Biz əminik ki, süni zəka ilə bağlı işimizin uğuru yalnız nə etdiyimizdən deyil, bunu necə etdiyimizdən də asılıdır” - deyə Wikimedia Fondunun machine learning üzrə direktoru Chris Albon yazıb.
         Onun sözlərinə görə, Wikipedia şəffaflıq, açıq mənbə kodu və insan hüquqlarının qorunması prinsiplərinə sadiq qalacaq ki, süni zəka insanların nəzarətində qalsın. Albon vurğulayıb ki, generativ süni zəkanın meydana çıxması ilə, hansı ki bəzən səhvlərə yol verir və halüsinasiyalar yaradır, Wikipedia-nın etibarlı bilik mənbəyi kimi rolu daha da artıb. “Biz süni zəkadan ölçülü şəkildə istifadə edəcəyik, çoxdilliliyi və insan yönümlü yanaşmanı qoruyacağıq” - deyə o, əlavə edib.
    Mənbə: Techcrunch
    Paylaş