Logo
    main-post-cover

    WUF13 çərçivəsində ağıllı şəhərlər və süni intellekt müzakirə olunub

        İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən 4SİM tərəfindən “Ağıllı şəhərlər, dayanıqlı gələcək: Şəhər transformasiyasında süni intellekt və əşyaların interneti” adlı “4SİM Talks” tədbiri keçirilib. Tədbir Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutub.
        Technote.az xəbər verir ki, tədbirdə süni intellekt (Sİ), Əşyaların İnterneti (IoT) və digər innovativ texnologiyaların şəhər inkişafındakı rolu müzakirə olunub. Sessiyada dayanıqlı urbanizasiya və rəqəmsal transformasiya ilə bağlı çağırışlar ön plana çıxıb.
        Tədbirdə dövlət qurumlarının nümayəndələri, beynəlxalq ekspertlər, özəl sektor və akademik dairələrin təmsilçiləri iştirak ediblər. Həmçinin inşaat və memarlıq sahəsində fəaliyyət göstərən startaplar da sessiyaya qatılıblar.
        4SİM-in icraçı direktoru Fariz Cəfərov bildirib ki, ağıllı şəhər konsepsiyası artıq yalnız texnoloji yanaşma deyil. Onun sözlərinə görə, bu istiqamət dayanıqlı inkişaf, vətəndaş rifahı və iqtisadi səmərəlilik baxımından strateji prioritet hesab olunur.
        Sessiya çərçivəsində “Honeywell”, “Digital Residence” və “Sea Breeze” şirkətlərinin nümayəndələri təqdimatlarla çıxış ediblər. Təqdimatlarda ağıllı infrastruktur sistemləri, enerji səmərəliliyi və qabaqcıl şəhərsalma texnologiyaları ilə bağlı təcrübələr bölüşülüb.
    Paylaş