Logo
    main-post-cover

    X platforması timeline-ı Grok-a tapşırır

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, X platforması süni intellekt əsaslı çatbotu Grok vasitəsilə istifadəçi təcrübəsini daha da fərdiləşdirməyə hazırlaşır. Şirkətin məhsul rəhbəri Nikita Bier tərəfindən açıqlanan yeniliyə əsasən, Premium abunəçilər artıq iOS cihazlarında erkən giriş əldə edərək əsas səhifələrində seçdikləri mövzuları “pin” edə biləcəklər.
        Bu funksiyanın əsas məqsədi Grok-un istifadəçinin maraqlarını daha dəqiq analiz etməsi və buna uyğun olaraq timeline-ı formalaşdırmasıdır. Beləliklə, istifadəçilər seçdikləri mövzular üzrə daha uyğun və fərdi kontentlə qarşılaşacaqlar. Şirkət bildirir ki, bu sistem xüsusilə istifadəçinin artıq aktiv maraq göstərdiyi sahələrdə daha effektiv işləyir.
        Yeniliyin yaxın zamanda Android istifadəçiləri üçün də istifadəyə veriləcəyi gözlənilir. Bununla yanaşı, X daha bir dəyişiklik edərək “Communities” funksiyasını mayın 6-dan etibarən dayandıracağını açıqlayıb. İstifadəçilərə bu icmaları platformanın mesajlaşma xidməti olan XChat-də qrup çatlarına köçürmək tövsiyə olunur.
    Paylaş