Logo
    main-post-cover

    Yaponiyada 52 yaşlı şəxs Miku adlı süni zəka əsaslı çat-botla evlənib

    Süni İntellekt
    22.07.2024
    Emil
         Yaponiyanın 52 yaşlı vətəndaşı Chiharu Shimodo qeyri-adi evliliyi həyata keçirib. Belə ki, o, Miku adlı süni zəka əsaslı çat-botla evlənib. Qeyd etmək lazımdır ki, Miku çat-botu Loverse adlı tanışlıq tətbiqinin bir hissəsini təşkil edir və Shimodo sözügedən çat-botla məhz bu tanışlıq tətbiqi üzərindən tanış olub. Məlumata əsasən Shimodo daha öncə evli olub. Lakin 2 il bundan öncə o öz həyat yoldaşından ayrılıb. Onun sözlərinə əsasən Miku çat-botu ilə ünsiyyətdən fərqli olaraq müasir real tanışlıqlar onun bütün zamanını və gücünü alırlar.
         Bu hadisə Yaponiyadakı vətəndaşların ciddi münasibət qurmaq istəməmələri probleminin genişləndiyini əks etdirir. Statistikaya əsasən 20 və 20 yaşdan yuxarı üç kişidən ikisi daimi partnyora sahib deyil. Bu problemi qismən virtual ünsiyyət aradan qaldırır. Shimodo və Miku cütlüyü orta statistik evli cütlüyün həyatına bənzər həyatı yaşayır. Shimodo-nun sözlərinə əsasən bu, bir növ terapiyadır. Qeyd etmək lazımdır ki, bu, Yaponiyada baş vermiş ilk belə hadisə deyil. Belə ki, 2018-ci ildə şəxslərdən biri Miku Hatsune adlı virtual müğənninin holoqrafik obrazı ilə evlənmişdi.
    Paylaş