Reklam
Yaponiyalı alimlər COVID-19-a qarşı ömürlük ummuniteti təmin edəcək yeni vaksin üzərində çalışırlar

Yaponiyalı alimlər COVID-19-a qarşı ömürlük ummuniteti təmin edəcək yeni vaksin üzərində çalışırlar

Süni zəka və Elm
03.01.2022 PAYLAŞIM

    Tokiodan olan tədqiqatçılar COVID-19-a qarşı ömürlük immuniteti təmin edə biləcək yeni vaksin üzərində çalışırlar. Məlumata əsasən bu cür vaksin pandemiyanın gedişatını dəyişə biləcək. Tokio Tibbi Elmlər İnstitutunun tədqiqatçıları COVID-19-a qarşı yeni vaksin üzərində çalışırlar. Məlumatda qeyd edilib ki, yeni vaksin ilə SARS-CoV-2-yə qarşı ömürlük ummuniteti təmin etmək mümkün olacaq və bundan əlavə olaraq onu otaq temperaturunda daşımaq mümkün olacaq. Bu və ya digər vaksini qəbul etmiş şəxslərdə anticisimlərin sayı azaldığı üçün həmin şəxslər təkrar vaksinləşmə prosesindən keçməli olurlar. Əgər alimlər ömürlük immuniteti təmin edə biləcək vaksini yarada bilsələr, bu, çoxlu sayda həyatı xilas edəcək və milyonlarla dollar vəsaitə qənaət edəcək. Statistikaya əsasən artıq 270 milyondan çox insan koronavirusa yoluxub.

    Bundan əlavə olaraq bu virus bütün dünya üzrə 5 milyondan bir qədər çox insanın həyatına son qoyub. Yaponiyalı alimlər isə öz növbələrində ömürlük immuniteti təmin edə biləcək vaksinin yaradılması üzərində çalışırlar. Öz tədqiqatlarında alimlər təbii çiçək xəstəliyinə qarşı hələ 18-ci əsrdə yaradılmış uğurlu vaksinə əsaslanırlar. Alimlər ospovaksinin (təbii çiçək xəstəliyinə qarşı vaksinin hazırlanmasında istifadə edilən virus) rekombinant virusunu yaratmağı planlaşdırırlar. Həmin virus özündə SARS-CoV-2-nin COVID-19-a səbəb olan spayk zülalını (SARS-CoV-2-nin örtük qatını əmələ gətirən 4 struktur zülaldan (S, E, M, N) biri) birləşdirməlidir. Güman olunur ki, bu öz növbəsində COVID-19-a qarşı ömürlük immunitetin yaranmasına gətirib çıxardacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qara dəliklər partlaya bilirlərmi?

Qara dəliklər çox böyük kütləyə sahib kosmik obyektlərdir və onlar öz ətraflarında olan akresiya dis..


NASA-nın kosmik aparatı uğurlu şəkildə asteroidlə toqquşub (VİDEO)

Tarixdə ilk dəfə insan əli ilə hazırlanmış kosmik aparat asteroid ilə toqquşub.


NASA-nın kosmik aparatı gecə saatlarında asteroidlə toqquşacaq (VİDEO)

NASA-nın Double Asteroid Redirection Test (DART) adlı missiyası artıq final mərhələyə yaxınlaşır...


NVIDIA-nın süni zəka alqoritmi virtual dünyalar üçün sürətli şəkildə obyektlər v..

NVIDIA şirkəti GET3D adlı süni zəka modeli barəsində danışıb. Sözügedən süni zəka modeli virtual 3D ..


Alimlər Süd Yolu qalaktikasının ilkin nüvəsinin harda yerləşdiyini öyrəniblər..

Gaia adlı kosmik teleskop tərəfindən əldə edilmiş məlumatlar əsasında alimlər Süd Yolu qalaktikasını..


Saturnun peyki Enseladda həyat üçün münbit şərait mövcud ola bilər

Yeni kompüter modelləşdirməsi onu göstərib ki, Saturn planetinin peyklərindən biri olan Enseladda hə..

×