main-post-cover

    Yaponiyanın kosmik aparatı Ryugu asteroidinin hissəciklərini Yer kürəsinə çatdırıb

    Süni İntellekt
    07.12.2020
    Farid Pardashunas
        Hayabusa-2 kosmik missiyasına start verilməsindən 6 il sonra Ryugu adlı asteroidin səthindən əldə edilmiş nümunələrə sahib kapsul sonunda Yer kürəsinə gəlib çatıb. Qeyd etmək lazımdır ki, Ryugu asteroidi Yer kürəsindən 290 milyon kilometr uzaqlıqda yerləşir. Əldə edilmiş kosmik toz nümunələrinin analizi nəticəsində alimlər Günəş sisteminin yaranması və inkişafı barəsində yeni məlumatlar əldə etməyi düşünürlər. Bu barədə 4pda saytı xəbər verib. Daha öncə incələnmiş asteroid nümələrindən fərqli olaraq Ryugu asteroidinin səthindən əldə edilmiş nümunələrin unikallığı ondan ibarətdir ki, onlar Yer kürəsinin atmosferindən keçmiş digər kosmik obyektlərə təsir göstərmiş bir sıra faktorların təsirlərinə məruz qalmayıblar.
        Qiymətli nümunəni əldə etmək üçün JAXA (Yaponiyanın aerokosmik tədqiqat agentliyi) 2014-cü ildə kosmik aparatı kosmosa göndərmişdi. Lakin göndəriləndən yalnız 5 il sonra kosmik aparat Ryugu asteroidinin səthinə eniş edə bilmişdi. İndi isə agentlik asteroidin səthindən əldə edilmiş nümunələri özündə saxlamış kapsulun uğurla Yer kürəsinə çatdığını elan edib. Əldə edilmiş nümənin ümumi çəkisi 1 qram təşkil edir. Alimlər sözügedən nümunənin analizi zamanı onun tərkibində Günəş sisteminin yaranmasında iştirak etmiş orqanik elementləri aşkar etməyi düşünürlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər