Yaponiyanın kosmik aparatı Ryugu asteroidinin hissəciklərini Yer kürəsinə çatdırıb
Süni İntellekt
07.12.2020
Farid Pardashunas
Hayabusa-2 kosmik missiyasına start verilməsindən 6 il sonra Ryugu adlı asteroidin səthindən əldə edilmiş nümunələrə sahib kapsul sonunda Yer kürəsinə gəlib çatıb. Qeyd etmək lazımdır ki, Ryugu asteroidi Yer kürəsindən 290 milyon kilometr uzaqlıqda yerləşir. Əldə edilmiş kosmik toz nümunələrinin analizi nəticəsində alimlər Günəş sisteminin yaranması və inkişafı barəsində yeni məlumatlar əldə etməyi düşünürlər. Bu barədə 4pda saytı xəbər verib. Daha öncə incələnmiş asteroid nümələrindən fərqli olaraq Ryugu asteroidinin səthindən əldə edilmiş nümunələrin unikallığı ondan ibarətdir ki, onlar Yer kürəsinin atmosferindən keçmiş digər kosmik obyektlərə təsir göstərmiş bir sıra faktorların təsirlərinə məruz qalmayıblar.
Qiymətli nümunəni əldə etmək üçün JAXA (Yaponiyanın aerokosmik tədqiqat agentliyi) 2014-cü ildə kosmik aparatı kosmosa göndərmişdi. Lakin göndəriləndən yalnız 5 il sonra kosmik aparat Ryugu asteroidinin səthinə eniş edə bilmişdi. İndi isə agentlik asteroidin səthindən əldə edilmiş nümunələri özündə saxlamış kapsulun uğurla Yer kürəsinə çatdığını elan edib. Əldə edilmiş nümənin ümumi çəkisi 1 qram təşkil edir. Alimlər sözügedən nümunənin analizi zamanı onun tərkibində Günəş sisteminin yaranmasında iştirak etmiş orqanik elementləri aşkar etməyi düşünürlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək