main-post-cover

    Yaz fəsli daha tez gələcək: Bunun planet üçün hansı fəsadları ola bilər?

    Süni İntellekt
    23.02.2022
    Farid Pardashunas
        Alimlər ağaclarda ilk yarpaqların nə zaman göründükləri və hər ay ərzində neçə yağışlı günün olduğu üzrə ABŞ-dan, Avropadan və Çindən onilliklərlə yığılmış məlumatları analiz ediblər. Beləliklə onlar təyin ediblər ki, yağışlı günlərin sayı artdıqca Şimal yarımkürəsində yaz fəsli daha tez gəlib. Bu üsulla alimlər hesablayıblar ki, hər onillikdə yaz fəsli 1-2 gün daha tez gəlir. Beləliklə 21-ci əsrin sonuna kimi erkən yaz fəsli indikindən 10 gün daha tez gələcək. Yağışlı günlərin azalması nəticəsində yaz fəslinin daha tez gəlməsinin iki səbəbi var.
    - Yağış yağan zaman səmanı buludlar örtür. Bu isə o deməkdir ki, yağışlı günlər az olan zaman ağaclar və bitkilər ilin əvvəlində daha çox Günəş işığı əldə edirlər və bu öz növbəsində yarpaqların böyümələrinə səbəb olur
    - Yağışlı günlərin sayı nə qədər azdırsa Yer kürəsinə daha çox Günəş işığı ilə istilik daxil olur. Nəticədə gün ərzində temperatur yüksəlir və torpaq ilə havanı qızdırır. Lakin buna baxmayaraq gecələr hava soyuq ola bilər.
        Bitkilər erkən yaz fəslinin gəldiyini düşünərək öz yarpaqlarını vaxtından əvvəl açırlar. Lakin daha sonra gecə soyuğu baş verir və bu cür soyuq hava həmin bitkiləri məhv edə bilər. Bundan əlavə olaraq alimlər bildiriblər ki, erkən yaz fəslinin gəlməsi, ağacların erkən yarpaq və gül açmaları həmçinin həşəratlara, quşlara və heyvanlara mənfi təsir göstərə bilər.
        Bitkilər, həşəratlar, quşlar və heyvanlar birgə şəkildə elə təkamül prosesindən keçiblər ki, onların inkişaf mərhələləri sinxronlaşdırılıb. Əgər bitki çiçək açırsa, o, həşəratları, həşəratlar quşları cəlb edirlər və bu zəncirvari proses beləliklə davam edir. Əgər bu sistemin komponentlərindən biri öz inkişafına erkən start verirsə, bu, təbiət sinxronlaşdırılmasını pozacaq. Bu isə öz növbəsində müəyyən növ həşəratların, quşların məhv olmalarına gətirib çıxarda bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər