main-post-cover

    Yeni alqoritm ingilis dilindəki əmrləri proqram koduna çevirməyi öyrənib

    Süni İntellekt
    11.08.2021
    Emil Nəcəfov
        Süni zəka sahəsində fəaliyyət göstərən qeyri-kommersiya təşkilatı olan OpenAI Codex adlı alqoritm əsasında hazırlanmış yeni həll üsulunu təqdim edib. Belə ki, artıq Codex alqoritmi ingilis dilində olan əmrləri proqram koduna çevirə bilir. Bu isə öz növbəsində qəliz olmayan saytlar ilə proqram təminatlarının yaradılmasında yardımçı ola bilər. Tərtibatçıların sözlərinə əsasən Codex alqoritmi təcrübəli tərtibatçıların işlərini yüngülləşdirə və proqramçılığa yeni başlamış insanlara yardımçı ola bilər.
        Belə ki, sözügedən süni zəka sistemi sözlərdən ibarət mətnləri əsl proqram təminatlarına çevirə bilir. Məsələn istifadəçi ingilis dilindən istifadə edərək yeni saytın baza xarici görünüşünü və ya funksionallığını təsvir (məsələn menyunun və ya mətnlər blokunun yerləşmə yerləri) edə bilər. Codex isə öz növbəsində lazım olan əməliyyatları təyin edərək hazır məhsulu generasiya edəcək. Bu halda proqramlaşdırma bacarıqları ümumiyyətlə lazım deyil.
        Ümumilikdə isə Codex tərtibatçının konseptual ideyalarını maksimal dərəcədə sadə reallaşdıran köməkçisi rolunda çalışacaq. OpenAI təşkilatının texniki direktoru və həmtəsisçisi olan Greg Brockman-ın sözlərinə əsasən bu yeni alət geniş tərtibatçı kütləsinə yönəlib. O, ilk növbədə kitabxanalar, API-lar və funksiyalardan istifadə edərək tərtibatçıları monoton işlərdən azad edəcək. Codex özü GPT-3 alqoritmi əsasında qurulub.
    Linki kopyala