Yeni dərman preparatı SARS-CoV-2-nin ən aqressiv ştamlarını bloklaya bilir

Yeni dərman preparatı SARS-CoV-2-nin ən aqressiv ştamlarını bloklaya bilir

Süni zəka və Elm
31.05.2021 PAYLAŞIM

    Aparılmış təcrübə onu göstərib ki, yeni dərman preparatı anadangəlmə olan immun cavabı prosesini işə və orqanizmdə virus yüklənməsi səviyyəsini aşağı salır. Yeni dərman preparat həmçinin digər respirator viruslarına da mane olur və gələcək koronavirus növlərinə qarşı effektiv üsul ola bilər. Bu barədə Science Daily saytı xəbər verib. Pensilvaniya Universitetinin mütəxəssislərindən ibarət komanda sübut edib ki, interferon siqnallarının göndərilməsini stimullaşdıran diABZI adlı dərman preparatı siçanlarda SARS-CoV-2-nin bir neçə versiyasını bloklamağı bacarır.

    Bura həmçinin SARS-CoV-2-nin Cənubi Afrika variantı olan B.1.351 də daxildir. Hal hazırda olan statistikaya əsasən B.1.351 variantı SARS-CoV-2-nin digər variantlarından 2 dəfə daha yoluxucudur və virusa ikinci dəfə yoluxma riskini daha da artırır. Hal hazırda diABZI adlı dərman xərçəng xəstəliyinin bəzi versiyalarının müalicəsi üzrə klinik testlərdən keçir. Alimlər sözügedən dərmanın COVID-19-a qarşı potensial gücünü təyin etməyi bacarıblar. Belə ki, alimlər aşkar ediblər ki, bu dərman tənəffüs sistemindəki hüceyrələrdə immun cavabını işə sala bilir.


    Siçanlar arasında aparılmış təcrübə onu göstərib ki, diABZI-nin burundan yeridilməsi ağciyərlər ilə tənəffüs yollarına olmuş virus yüklənməsini aşağı salır və patogenə qarşı immun reaksiyalarını stimullaşdırır. İnsan hüceyrələrində aparılmış təcrübə sayəsində isə məlum olub ki, diABZI digər bəzi respirator viruslarının da qarşısını alır. Beləliklə aparılmış təcrübələr nəticəsində əldə olunmuş məlumatlar sayəsində belə qənaətə gəlmək olar ki, diABZI COVID-19-un ilkin mərhələsində effektiv müalicə üsulu kimi istifadə oluna bilər. Müalicə prosesində bu dərman simptomların ağırlığını aşağı salmaq və yarana biləcək fəsadları aradan qaldırmaq imkanına sahibdir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Harvard Universiteti yadplanetli texnologiyaların axtarışı üçün Galileo adlı lay..

Tədqiqatçılardan ibarət beynəlxalq qrup Harvard Universitetinin astronomlarının rəhbərliyi altında G..


Alimlər: 'Hal hazırda iqlim özünü steroid qəbul etmiş idmançı kimi aparır'..

İsveçrədən olan alimlər aşkar ediblər ki, keçən il Sibirdə, bu il isə Kanadanın qərb hissəsində müşa..


NASA-nın, Yupiterin peyki ilə bağlı missiyasında SpaceX də iştirak edəcək..

NASA agentliyi 2024-cü ildə reallaşdırılması planlaşdırılan Europa Clipper adlı missiyasının həyata ..


Alimlər Mars planetinin daxili strukturunu öyrənə biliblər

NASA özünün InSight missiyasının 2 illik işindən sonra Mars planetinin daxili strukturunu öyrənə bil..


İqlim dəyişikliyi bir çox ölkənin balıqçılıq sahəsinə ciddi zərər vuracaq..

Əhalini balıqçılıq sayəsində qida ilə təmin edən ölkələrdə iqlim dəyşiklikləri balıqların saylarının..


Buludlar qlobal istiləşmə prosesini gücləndirəcəklər

Peyklər vasitəsilə əldə olunmuş fotoların yeni növ analizi buludların qlobal istiləşməyə təsirləri b..

×