Yeni fərziyyəyə əsasən qara dəliklər məhz qaranlıq materiya qismində çıxış edirlər

Yeni fərziyyəyə əsasən qara dəliklər məhz qaranlıq materiya qismində çıxış edirlər

Süni zəka və Elm
21.12.2021 PAYLAŞIM

    Alimlər kainatın yaranmasının alternativ modelini təklif ediblər. Onların təqdim etdikləri alternativ model iki kosmoloji sirrin aydınlaşdırılmasına yardımçı olur. Söhbət, qaranlıq materiyadanqara dəliklərin yaranmalarından gedir. Beləliklə alimlərin yeni fərziyyələrinə əsasən qara dəliklər kainatın ilk əvvəlindən mövcud olublar və məhz onlar qaranlıq materiya qismində çıxış edirlər. “Müxtəlif ölçülərə sahib qara dəliklər bizlər üçün hələ də sirr olaraq qalırlar. Biz, super kütləli qara dəliklərin kainatın yaranmasından sonra nisbətən qısa müddət ərzində necə bu cür böyük ölçülərə sahib olduqlarını hələ anlamırıq” - deyə alimlərdən biri qeyd edib. Məsələnin digər tərəfində isə kiçik qara dəliklər var. Əgər onlar mövcuddurlarsa (bu hələ sübut edilməyib) onların yaranmaları belə bir sualı ortaya çıxardır: Kiçik ölçülü qara dəliklər də digər qara dəliklər kimi ulduzların məhv olmaları nəticəsində yarana bilərlərmi?

    Alimlərin təqdim etmiş olduqları yeni fərziyyə heç bir yeni hissəciyi və ya fizikanı əlavə etmədən bu suallara cavab verir. Əgər qara dəliklərin çoxu Böyük partlayışdan dərhal sonra yaranıbsa, onlar bir-biriləri birləşərək daha böyük kütləli obyektlərə çevrilmiş ola bilərlər. Avropa Kosmik Agentliyinin LISA adlı gələcək teleskopu həmin obyektlərin mövcud olduqları halda onların siqnallarını qəbul edə biləcək. Kiçik qara dəliklər isə sadəcə olaraq hələ digər qara dəliklərlə birləşməmiş ilkin qara dəliklərdir. Bu cür kosmoloji modelə əsasən kainatda qara dəliklərin sayı tədricən çoxalacaq. Ulduzlar isə qara dəliklərdən ibarət bu cür qrupların ətraflarında formalaşaraq milyardlarla işıq ili ölçüsündə qalaktikaları və Günəş sistemlərini yaradacaqlar.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Super Yer sinifinə daxil olan planetlərdə həyat növü daha uzun müddət ərzində mö..

Alimlərin apardıqları yeni tədqiqatlara əsasən Super Yer sinifinə daxil olan planetlərdə həyat növü ..


Alimlər qeyri-adi formaya sahib yeni ekzoplanet aşkar ediblər

İnsanlara məlum olan planetlərin çoxu kürə formasındadır. Lakin ESA-nın (Avropa Kosmik Agentliyi) CH..


Alimlər karlik qalaktikanın mərkəzində ən kiçik qara dəliyi aşkar ediblər..

Alimlər Yer kürəsindən 110 milyon işıq ili uzaqlığında yerləşən Mrk 462 adlı karlik qalaktikada (bir..


Dünyada ilk dəfə xəstə adama GMO donuz ürəyi transplantasiya edilib

Əməliyyat və əməliyyat sonrası proseslərdə həkimlər hələ insanlar üzərində sınaqdan keçirilməmiş xüs..


Çinin Chang'e-5 aparatı Aydakı eniş nöqtəsində su aşkar edibmiş

Çin Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun alimləri Chang’e-5 adlı Ay aparatının ..


Alimlər uzaq məsafədə yerləşən maqnitarın böyük miqdarda enerji ifrazını müşahid..

Alimlər uzaq məsafədə yerləşən maqnitarda (çox güclü maqnit sahəsinə sahib neytron ulduz) çox güclü ..

×