
Yeni foto generasiya sistemi Google Imagen 4 təqdim olunub
Süni İntellekt
21.05.2025
Emil
Google süni zəkaya əsaslanan yeni foto generasiya modeli Imagen 4-ü təqdim edib. Şirkətin iddiasına görə, bu model əvvəlki versiya olan Imagen 3-dən daha yüksək keyfiyyətli nəticələr verir. Google I/O 2025 tədbirində təqdim edilmiş Imagen 4, parçalar, su damlaları və heyvan tükləri kimi incə detalları təsvir etmək qabiliyyətinə malikdir. Model həm fotorealistik, həm də abstrakt üslubları dəstəkləyir və müxtəlif ölçü nisbətlərində, maksimum 2K keyfiyyətdə görüntülər yarada bilir.

Google-un Labs bölməsinin rəhbəri Josh Woodward mətbuat brifinqində belə deyib: “Imagen 4 keyfiyyət baxımından böyük bir sıçrayışdır. Biz həmçinin modelin mətn və topoqrafiya generasiyasında daha dəqiq işləməsi üçün ciddi diqqət və düzəlişlər etmişik. Bu səbəbdən təqdimat slaydları, dəvətlər və ya görüntü ilə mətnin birləşdiyi digər layihələr üçün mükəmməldir”. Süni zəka ilə foto yaradan alətlərin sayı kifayət qədər çoxdur. ChatGPT-nin viral alətindən tutmuş Midjourney-nin V7 versiyasına qədər.

Bu alətlərin hamısı nisbətən mürəkkəb, fərdiləşdirilə bilən və yüksək keyfiyyətli süni zəka əsərləri yaratmaq qabiliyyətinə malikdir. Bəs Imagen 4-ü digərlərindən fərqləndirən nədir? Google-un sözlərinə görə, Imagen 4 sürətlidir - əvvəlki versiya olan Imagen 3-dən daha sürətli. Və yaxın gələcəkdə daha da sürətli olacaq. Şirkət Imagen 4-ün Imagen 3-dən 10 dəfə daha sürətli işləyən versiyasını tezliklə istifadəyə verməyi planlaşdırır. Imagen 4 bu gündən etibarən Gemini tətbiqində, Google-un Whisk və Vertex AI platformalarında, eləcə də Google Slides, Vids, Docs və digər Google Workspace xidmətlərində əlçatandır.

Mənbə: Techcrunch
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
