Yeni funksiya ilə ChatGPT-nin ünsiyyət tərzini fərdiləşdirmək mümkün olacaq
Süni İntellekt
22.12.2025
Sevinc
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, OpenAI istifadəçilərə ChatGPT-nin ünsiyyət tərzini daha detallı şəkildə fərdiləşdirməyə imkan verən yeni funksiyanı təqdim edib. Sosial şəbəkədə yayımlanan məlumata görə, artıq istifadəçilər çatbotun entuziazmını və emoji istifadəsini birbaşa özləri tənzimləyə bilərlər.
Bu ayarlar ChatGPT-nin Personalization (Fərdiləşdirmə) bölməsində yerləşir və More (Daha çox), Less (Daha az) və Default (Standart) seçimləri ilə idarə olunur. Eyni zamanda başlıqlardan və siyahılardan istifadə səviyyəsini də dəyişmək mümkündür. Bu yenilik əvvəllər təqdim olunan Professional, Candid və Quirky kimi əsas üslub seçimlərini tamamlayır.
Bununla yanaşı, bəzi akademiklər və süni intellekt tənqidçiləri çatbotların istifadəçiləri davamlı şəkildə tərifləməsini və fikirlərini təsdiqləməsini “qaranlıq dizayn” (dark pattern) kimi qiymətləndirir. Onların fikrincə, bu yanaşma asılılıq yarada və istifadəçilərin psixoloji sağlamlığına mənfi təsir göstərə bilər.
Paylaş