main-post-cover

    Yeni Mars aparatının qırmızı planetə uçuş tarixi elan edilib (VİDEO)

    Süni İntellekt
    27.07.2020
    Farid Pardashunas
        Uzun illər ərzində qırmızı planet müxtəlif səbəblərə görə insanların maraqlarını cəlb edib. NASA agentliyi isə Mars səthinin detallı araşdırılması üzrə yeni planlarını açıqlayıb. Belə ki, agentlyiin rəsmi Youtube kanalında animasiya videosu təqdim edilib və həmin video Marsa göndəriləcək yeni aparatın uçuş tarixini və əsas missiyasını əks etdirib. Bu barədə Mashable saytı xəbər verib. Təqdim edilmiş videodakı məlumata əsasən Perseverance adlı yeni Mars aparatının uçuşu 30 iyul tarixində baş tutacaq.
        NASA-nın verdiyi məlumata əsasən sözügedən aparat Marsa 7 aydan sonra çatacaq. Missiyanın əsas məqsədi isə Marsda həyatın mövcud olub-olmamasını və keçmişdə onun səthində canlı orqanizmlərin olub-olmamasını araşdırmaqdır. Aparat Marsdakı Jezero adlı böyük kraterə endiriləcək. Ehtimallara əsasən keçmişdə bu krater su ilə dolu olub. Yeni Mars aparatına həmçinin Ingenuity adlı kiçik vertolyot da yardımçı olacaq. Həmin vertolyot təkərli aparatın çata bilmədiyi əraziləri araşdıracaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər