Yeni nəzəriyyəyə əsasən yüksək kütləli qara dəliklər necə yaranırlar?

Yeni nəzəriyyəyə əsasən yüksək kütləli qara dəliklər necə yaranırlar?

Süni zəka və Elm
05.06.2020 PAYLAŞIM

    Yaponiyadan olan astrofiziklərin reallaşdırdıqları kompüter modelləşdirməsi yüksək kütləli qara dəliklərin necə yarandıqları üzrə yeni nəzəriyyəni irəli sürüb. Yeni nəzəriyyəyə əsasən bu kosmik obyektlər təkcə ulduzlararası qazı deyil həmçinin daha kiçik ulduzları udaraq böyüyürlər. Bu cür nəzəriyyə indiki halda müşahidə olunan yüksək kütləli qara dəliklərin saylarının çoxluğunu izah edir. Bu barədə Science Daily saytı xəbər verib. Müasir kainatın demək olar hər bir qalaktikasının mərkəzində yüksək kütləli qara dəlik yerləşir.

Bu cür qara dəliyin kütləsi bəzən Günəşin kütləsindən 10 milyard dəfə daha çox olur.

    Lakin yüksək kütləli qara dəliklərin necə yaranması astrofizika sahəsi üçün hələ də sirr olaraq qalır. Yayılmış nəzəriyyəyə əsasən onlar ulduzlararası qaz buludunun qravitasiya gücünün təsiri altında kollapsa uğradıqlarına görə yaranıblar. Lakin sonradan olmuş tədqiqatlar onu göstərir ki, birbaşa kollaps yalnız hidrogen heliumdan ibarət təmiz qazlara təsir edir. Karbon oksigen kimi ağır elementlər qazın dinamikasını dəyişərək böyük olmayan ulduzların yaranmasına gətirib çıxardırlar.


Beləliklə bu üsul müşahidə olunan yüksək kütləli qara dəliklərin saylarının çox olmasını izah edə bilmir.

    Yaponiyanın Tohoku Universitetinin alimləri ağır elementlərin yüksək miqdarda olduqları qazlardan yüksək kütləli qara dəliklərin yarandıqları imkanını yoxlamaq yolunda 3D modelləşdirməni reallaşdırmaq üçün Aterui II adlı superkompüterdən istifadə ediblər. Adi kompüterlər üçün bu proses çox qəlizdir. Alimlər aşkar ediblər ki, yüksək kütləli ulduzlar ağır elementlərə sahib buludlardan yarana bilirlər.

    Qaz buludu həqiqətən də çoxlu sayda kiçik ulduz yaradıb. Lakin bu halda bulud mərkəzinə olan güclü qaz axını mövcuddur. Həmin axın kiçik ulduzları ələ keçirdərək onları bulud mərkəzinə yönləndirir. Daha sonra isə həmin bulud mərkəzində kiçik ulduzlar daha yüksək kütləli ulduzlar tərəfindən udulur. Bu prosesin 3D modelləşdirilməsi Günəşdən 10.000 dəfə daha ağır olan ulduzun yaranmasını sübut etdi. Beləliklə bu cür yüksək kütləli ulduz böyüməyə davam edərək qara dəliyə çevrilir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qlobal istiləşmənin yeni təhlükəsi xroniki böyrək xəstəlikləri epidemiyasıdır..

Həkimlərin sözlərinə əsasən temperaturun qlobal yüksəlişi yaxın onilliklər ərzində davam etsə, yüksə..


İnsanlar hətta işıq sürəti ilə belə qalaktikaların 96%-nə çata bilməyəcəklər..

Bigthink adlı məşhur saytın hesablamalarına əsasən əgər insanlar işıq sürəti ilə səyahət etmək imkan..


Çinin Aydakı avtonom stansiyası Ay torpağından oksigen əldə edə bilib

“Chang’e 5” missiyası çərçivəsində Çinin planetlərarası avtomatik stansiyası Ay torpağından oksigen ..


Çinin yeni radioteleskopu rekord sayda təkrarlanmış radioşüalanmaları müşahidə e..

Çinin 500 metr ölçüsündə olan FAST adlı yeni radioteleskopu müşahidə olunan ən aktiv və sürətli radi..


Kainatın ən qorxunc sahələri: Kosmik boşluqlar nədir?

Kosmik boşluqlar (void) qalaktik bağlar arasında olan geniş sahələrdir və bu sahələrdə qalaktikalar,..

×