
Yeni süni zəka texnologiyaları Böyük Britaniyada milyonlarla iş yerini ixtisar edə bilər
Süni İntellekt
29.03.2024
Emil
Generativ süni zəka texnologiyalarının geniş yayılmaları səbəbilə Böyük Britaniyada 8 milyona yaxın iş yeri ixtisar olunma təhlükəsi ilə qarşılaşa bilər. Bu cür nəticəyə Dövlət Siyasəti Araşdırmaları İnstitutunun (IPPR) analitikləri gəliblər. Aparılmış araşdırmaya əsasən qadınlar, cavan işçilər və aşağı maaşlı əməkdaşlar generativ süni zəka texnologiyalarının geniş yayılmaları prosesinin əsas qurbanlarına çevrilə bilərlər. 22 000 iş yerini əhatə etmiş araşdırmada qeyd edilib ki, hal-hazırda əmək bazarındakı tapşırıqların 11%-ni süni zəka texnologiyaları vasitəsilə avtomatlaşdırmaq mümkündür.
Lakin süni zəka texnologiyasının daha da inkişaf edəcəyini nəzərə almaqla bu göstərici 59%-ə yüksələcək və daha qəliz iş proseslərini əhatə edəcək. Bu mövzuda təhlükə altında ilk növbədə məlumat bazalarının idarəsi və planlama kimi rutin koqnitiv tapşırıqlar olacaqlar. Bu öz növbəsində katiblik, administrasiya və müştərilərə xidmət kimi sahələrdə iş yerlərinin ixtisar olunmasına səbəb ola bilər. Süni zəka texnologiyalarının geniş yayılmalarının ikinci dalğası isə məlumat bazalarının yaradılması, redaktor və qrafik dizayn kimi sahələri əhatə edə bilər. IPPR analitiklərinin sözlərinə əsasən süni zəka texnologiyalarının yayılmaları prosesinin ikinci dalğası ən pis halda 7.9 milyon iş yerinin ixtisar olunmasına gətirib çıxara bilər.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
