
Yeni tədqiqat süni zəka ilə real həkimləri müqayisə edib
Süni İntellekt
22.04.2025
Emil
Osaka Universitetindən doktor Hirotaka Takita və dosent Daiju Ueda-nın rəhbərlik etdiyi tədqiqat qrupu, generativ süni zəkanın xəstəliklərin diaqnozu sahəsində həkimlərlə müqayisədə nə dərəcədə effektiv olduğunu öyrənmək üçün meta-analiz aparıb. Ətraflı analiz üçün 2018-ci ilin iyun ayından 2024-cü ilin iyun ayına qədər dərc olunmuş 83 elmi məqalə istifadə edilib. Tədqiqat müxtəlif tibbi sahələrdə GPT-4, Llama3 70B, Gemini 1.5 Pro və Claude 3 Sonnet kimi generativ süni zəka modellərini əhatə edib. Ən ətraflı şəkildə GPT-4 modeli araşdırılıb. Müqayisəli qiymətləndirmə göstərib ki, tibbi mütəxəssislərin diaqnostik dəqiqliyi süni zəkadan orta hesabla 15.8% yüksəkdir.

Generativ süni zəkanın orta diaqnostik dəqiqliyi 52.1% təşkil edir və bəzi neyroşəbəkə modelləri bəzən ixtisaslaşmamış həkimlərlə eyni səviyyədə nəticələr göstərir. Tədqiqat həmçinin göstərib ki, süni zəka əksər tibbi ixtisaslar üzrə eyni dərəcədə yaxşı nəticə göstərir, lakin neyroşəbəkə ən yüksək nəticələri dermatologiya və uroloji sahəsində nümayiş etdirib. Bu, yəqin ki, həmin sahələrin nümunə və qanunauyğunluqlarının tanınması ilə bağlı olması ilə əlaqədardır və bu sahədə süni zəka xüsusilə güclüdür. Lakin dermatologiyada yenə də pasientin fərdi xüsusiyyətlərini nəzərə almaqla mürəkkəb düşünmə və qərarvermə tələb olunur, buna görə də əldə olunan nəticələr tam mənzərəni əks etdirmir.

Urologiyaya gəldikdə isə, nəticələr yalnız bir genişmiqyaslı tədqiqat əsasında çıxarılıb ki, bu da nəticələrin daha geniş tətbiqini çətinləşdirir. Takita-nın sözlərinə görə, generativ süni zəkanın diaqnostik imkanları ixtisaslaşmamış həkimlərin imkanları ilə müqayisə oluna bilər. Bu texnologiyadan tibbi təhsildə və məhdud səhiyyə resurslarına malik regionlarda diaqnostikaya yardım məqsədilə istifadə etmək olar. Lakin bu modellərin şəffaflığı və qərəzliliyi ilə bağlı narahatlıqlar mövcuddur. Bir çox süni zəka sistemləri öz öyrədici məlumatları barədə ətraflı məlumat təqdim etmir ki, bu da onların nəticələrinin bütün əhali qruplarına tətbiq oluna biləcəyi ilə bağlı suallar yaradır. Tədqiqatçılar aydın, etik və ciddi şəkildə yoxlanılmış süni zəka tətbiqlərinə ehtiyac olduğunu vurğulayıblar.
Paylaş
Ən çox oxunanlar

OpenAI BƏƏ-də məlumat emalı mərkəzinin inşasını nəzərdən keçirir
