Yer kürəsi həyatın yaranması üçün lazımi münbit şəraitə 2.7 milyard il bundan öncə sahib olubmuş

Yer kürəsi həyatın yaranması üçün lazımi münbit şəraitə 2.7 milyard il bundan öncə sahib olubmuş

Süni zəka və Elm
07.07.2021 PAYLAŞIM

    Amerikalı alimlər qədim almazların analiz nəticələrini təqdim ediblər. Onlar aşkar ediblər ki, keçmiş dövrdə minerallar həyatın yaranması üçün lazım olan bütün elementlərə sahib olublar. Almazlar üzərində aparılmış unikal tədqiqat onu göstərib ki, Yer kürəsini münbit həyat mühitinə çevirən atmosferin əsas kimyəvi tərkibi 2.7 milyard il bundan öncə yaranıb. Bu barədə Phys.org saytı xəbər verib. Qədim almazlarda indiyənə kimi qalmış uçucu qazlar Yer kürəsinin müasir mantiya qatında olduğu miqdarda həmin dövrdə atmosferdə də mövcud olub. Bu isə öz növbəsində son bir neçə milyard il ərzində atmosferdə uçucu qazların miqdarlarında fundamental dəyişikliyin olmadığını sübut edir.


    Bu o deməkdir ki, həmin uçucu qazlar Yer kürəsinin yaranmasından bir qədər sonra ortaya çıxıblar və uzun müddət ərzində daimi qalıblar. “Atmosferdəki uçucu qazların miqdarı ilə nisbətləri mantiya qatında olan uçucu qazların tərkibini əks etdirir. Biz bu almazların 2.7 milyard il bundan öncə yaranmasından sonra ciddi dəyişikliklərə məruz qaldıqlarına dair bir sübuta sahib deyilik” - deyə alimlərdən biri qeyd edib. Alimlər həmçinin qeyd ediblər ki, hidrogen, azot neon kimi uçucu maddələr yüngül kimyəvi elementlər ilə birləşmələrdir. Onlar istiliyin və təzyiq dəyişmələrinin təsirləri nəticəsində çox asanlıqla buxarlanırlar. Karbon və azot həyatın yaranması üçün vacib olan elementlərdir.

    Bununla belə planetlərin heç də hamısı uçucu qazlar ilə zəngin deyil. Məsələn Venera ilə Mars özlərinin inkişaf dövrləri ərzində uçucu qazlarının böyük hissəsini itiriblər. Bir qayda olaraq uçucu qazlar ilə zəngin olan planet həyat üçün lazım olan münbit şəraitin qorunub saxlanması məsələsində daha böyük şansa sahibdir. Buna görə də digər planetlərdə həyat növünün axtarışı məhz uçucu qazların olub-olmamalarına əsaslanır. Yer kürəsində uçucu qazlar əsasən planetin daxilində yaranırlar və vulkan püskürmələri nəticəsində səthə doğru çıxırlar. Uçucu qazların Yer kürəsinin atmosferinə nə zaman daxil olduqlarını anlamaq öz növbəsində Yer kürəsində həyat növünün yaranması ilə inkişafının hansı zamana təsadüf etdiyini öyrənməyə imkan verəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Kainatın ən detallı 3D modeli yaradılıb (VİDEO)

Beynəlxalq tədqiqatçılar komandası kainatın ən detallı 3D modelini yaradıb.


BMT dövlətləri süni zəka texnologiyalarını məhdudlaşdırmağa çağırıb..

Son zamanlarda süni zəka əsaslı alqoritmlərin məhdudlaşdırılması və ya ümumiyyətlə qadağan edilməsi ..


Startap nəsli kəsilmiş mamontları bərpa edəcəyinə söz verib (VİDEO)

15 milyon dollar investisiya əldə etmiş Colossal adlı startap nəsli kəsilmiş növlərin bərpa olunması..


Qaranlıq materiya detektoru təsadüfən qaranlıq enerjini aşkar etmiş ola bilər..

Kembric Universitetinin alimləri XEON1T adlı qaranlıq materiya detektorunun aktivliyini analiz edərə..


Bu il ozon dəliyinin ölçüsü rekord həddə çatıb

Atmosfer monitorinqi üzrə Nikolay Kopernik adına xidmət idarəsinin mütəxəssisləri bildiriblər ki, bu..


Perseverance aparatının Marsda əldə etdiyi süxur nümunələri həyat üçün münbit şə..

NASA-dan olan tədqiqatçılar bildiriblər ki, Perseverance aparatı tərəfindən yığılmış yeni Mars süxur..

×