main-post-cover

    Yer kürəsi ilə Mars Ay ölçüsündə nəhəng obyektlərin toqquşmaları nəticəsində yaranmış ola bilərlər

    Süni İntellekt
    23.12.2021
    Farid Pardashunas
        Almaniyada yerləşən Münster Universitetinin alimləri Christoph Burkhardt-ın rəhbərliyi altında belə bir qənatə gəliblər ki, Yer kürəsi ilə Mars Aya bənzər kosmik obyektlərin toqquşmaları nəticəsində yaranıblar. Yer kürəsinə bənzər planetlərin yaranmaları üzrə iki nəzəriyyə mövcuddur və həmin nəzəriyyələrdən biri dolayı yol ilə təsdiqlənib. Klassik modelə əsasən “planetar embrionlar” adını əldə etmiş nəhəng kosmik obyektlər Günəş sisteminin daxilində bir-biriləri ilə toqquşaraq Yer kürəsinə bənzər planetləri yaradırlar. Digər alternatv konsepsiyaya əsasən isə bu cür planetlər Günəş sisteminin xaricindən bizim ulduza tərəf istiqamət almış kiçik kosmik fraqmentlər vasitəsilə yaranırlar.
        Hər iki konsepsiyanı qiymətləndirmək üçün alimlər Marsdan Yer kürəsinə gəlib çatmış 17 ədəd meteoritin ümumilikdə 22 qram materialını analiz ediblər. Alimlər Mars ilə Yer kürəsi nümunələrindəki titan, sirkonium molibden elementlərinin tərkiblərindəki izotopları Günəş sisteminin daxili və xarici meteoritlərinin tərkibləri ilə müqayisə ediblər. Alimlər belə bir nəticəyə gəliblər ki, Mars ilə Yer kürəsi nümunələri tərkiblərinə görə Günəş sisteminin daxili meteoritləri ilə eynidirlər. Onların sözlərinə əsasən Mars ilə Yer kürəsi əsasən Günəş sisteminin daxilində rast gəlinən materiallardan ibarətdirlər.
        Hər iki planetin yalnız bir neçə faiz göstəricisini əhatə edən materiallar Yupiter orbitinin sərhədlərinin kənarlarından gəliblər. Bundan əlavə olaraq bu tədqiqatın nəticələri Yer kürəsinin necə formalaşdığı ilə bağlı daha fundamental suallara cavab verməyə imkan verirlər. Digər ulduzların yaxınlıqlarında böyük olmayan kosmik fraqmentlər sayəsində planetlərin formalaşması mümkün olsa da, bizim lokal Günəş sistemimizdə Yupiter Günəşə doğru getmiş kiçik fraqmentlərin böyük hissəsini özünə tərəf çəkib. Alimlərin sözlərinə əsasən əgər Yupiter olmasaydı biz indi Super Yer kürəsində (kütlələri Yer kürəsinin kütləsindən böyük, lakin qaz nəhənglərinin kütlələrindən kiçik olan planetlər) və ya mini Neptunda mövcud olardıq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər