Yer kürəsi yüksək kütləli qara dəliyə əvvəllər düşünüldüyündən daha yaxındır
Süni İntellekt
30.11.2020
Farid Pardashunas
Süd Yolu qalaktikasının mərkəzində Oxatan A (Sagittarius A) adlı yüksək kütləli qara dəlik yerləşir. Əvvəllər düşünülürdü ki, Yer kürəsi bu qara dəlikdən 28.000 işıq ili məsafəsindədir. Lakin yeni dəqiq hesablamalara əsasən bu məsafə daha azdır. Bu barədə 4pda saytı xəbər verib. Oxatan A adlı qara dəliyin kütləsi Günəşin kütləsindən 4 milyon dəfə çoxdur. Sözügedən qara dəlik o dərəcədə böyükdür ki, o, ətrafındakı bütün obyektləri özünə çəkir. Yeni elmi kəşfi yaponiyalı alimlər ediblər.
Yaponiyalı alimlər 15 il ərzində mövcud olan bütün teleskoplardan məlumatları yığaraq interferometriya üsulu vasitəsilə onları birləşdiriblər. Beləliklə onlar Süd Yolu qalaktikasının dəqiq xəritəsini yaradaraq sübut ediblər ki, Yer kürəsi yüksək sürətlə öz qalaktikasının mərkəzində yerləşən yüksək kütləli qara dəliyə tərəf istiqamət alıb. Məlum olub ki, Yer kürəsi Oxatan A-ya əvvəllər düşünüldüyündən 2000 işıq ili daha yaxındır. Bununla yanaşı məlum olub ki, Yer kürəsi qara dəliyin ətrafında dövr edərək saniyədə 227 km sürətlə hərəkət edir. Nəticədə məlum olub ki, Yer kürəsi Oxatan A-dan 25.800 işıq ili məsafəsindədir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək