Yer kürəsinə ən yaxın olan qara dəlik aşkar edilib

Yer kürəsinə ən yaxın olan qara dəlik aşkar edilib

Süni zəka və Elm
23.04.2021 PAYLAŞIM

    Ohayo ştatının Ohaya Dövlət Universitetinin astronomları Yer kürəsindən 1500 işıq ili uzaqlığında yerləşən qara dəlik aşkar ediblər. Aşkar edilmiş qara dəlik Unicorn adlı ulduz sistemində yerləşir və onun kütləsi Günəşin kütəsindən sadəcə 3 dəfə böyükdür. İndiyənə kimi kainatda bu cür aşağı kütləyə sahib çox az sayda qara dəlik aşkar edilib. Alimlər aşkar edilmiş qara dəliyə Unicorn adını veriblər. Onlar güman edirlər ki, Unicorn qara dəliyi V723 Mon adlı qırmızı nəhəngin qonşusudur. Bu isə o deməkdir ki, bu iki obyekt bir-biri ilə qravitasiya vasitəsilə əlaqəlidir.

    Alimlər qara dəliyin V723 Mon ulduzuna göstərdiyi təsir nəticəsində onu aşkar ediblər. Belə ki, ulduzun işığı öz intensivliyini və xarici görünüşünü orbitin müxtəlif nöqtələrində dəyişib. Cazibənin qabarma təhrifi adlanan bu effekti sayəsində alimlər nəticəyə gəliblər ki, ulduza nəsə təsir göstərir. Variantlar arasında qara dəlik var idi. Lakin bu halda qara dəliyin kütləsi daha aşağı olmalıdır. “Ayın qravitasiyası Yer kürəsindəki okeanları cəlb edərək qabarma effektlərini yaratdığı kimi aşkar edilmiş qara dəlik də ulduzu özünə cəlb edərək ona reqbi topunun formasını verir. Bu cür hadisənin isə ən sadə izahı məhz qara dəlikdir” - deyə mütəxəssislərdən biri qeyd edib.


    Bir sıra tədqiqatlar aparandan sonra alimlər öyrəniblər ki, Unicorn adlı qara dəliyin kütləsi 3 Günəş kütləsinə bərabərdir. Tədqiqatçılar bildiriblər ki, yaxın gələcəkdə buna bənzər digər qara dəliklər də aşkar oluna bilər. Alimlər onu da qeyd ediblər ki, bu, Yer kürəsinə ən yaxın olan qara dəlikdir. Lakin 2020-ci ilin may ayında alimlər HR 6819 adlı uduz sistemində kütləsi 3.3 Günəş kütləsinə bərabər olan qara dəlik aşkar etdiklərini elan etmişdilər. Qeyd etmək lazımdır ki, HR 6819 ulduz sistemi Yer kürəsindən 1120 işıq ili uzaqlığında yerləşir. Buna baxmayaraq növbəti arşdırmalar həmin ulduz sistemində qara dəliyin mövcudluğunu şübhə altına atmışdılar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amazon meşələri planeti CO2 ilə zəhərləməyə başlayıblar

Son onillik ərzində Amazon meşələri, udduqları CO2-dən 20% daha çoxunu atmosferə ifraz ediblər...


Parker Solar Probe kosmik aparatı insanlıq tərəfindən yaradılmış ən sürətli apar..

NASA agentliyi Parker Solar Probe adlı kosmik aparatın əldə etdiyi 2 rekordu elan edib.


Yer kürəsinin bütün buzlaqları 30% daha sürətlə əriyir

Peyk məlumatlarının analiz olunmasından sonra alimlər hesablayıblar ki, 2015-ci ildən başlayaraq Yer..


Elon Musk: 'Marsın kolonizasiyasından öncə bizə Ayda böyük yaşayış bazası lazımd..

SpaceX-in yaradıcısı Elon Musk öz arzusuna sadiqdir. Söhbət, Mars planetində yaşayış şəhərciyinin ya..


Ingenuity dronu Mars atmosferində üçüncü uçuş missiyasını uğurla keçirdib (VİDEO..

NASA agentliyi Ingenuity dron aparatınn Mars atmosferində üçüncü uğurlu uçuş missiyasının reallaşdır..


Astronomlar: 'James Webb kosmik teleskopu 10 il ərzində yadplanetli həyat növünü..

Elm sahəsi uzun illərdir ki, yadplanetli həyat növünün axtarışı ilə məşğul olur. Lakin görünür, yaxı..

×