Yer kürəsinə ən yaxın olan yeni qara dəliklər kəşf edilib

Yer kürəsinə ən yaxın olan yeni qara dəliklər kəşf edilib

Süni zəka və Elm
13.09.2023 PAYLAŞIM

    Qara dəliklər kəşf edildikləri vaxtdan kainatın ən sirli və valehedici kosmik obyektləri hesab olunur. Əsasən də söhbət, kiçik ölçülü qara dəliklərdən gedir. Daha əvvəllər bu cür qara dəlikləri müşahidə etmək çox qəliz məsələ idi. Lakin 2015-ci ildə qravitasiya dalğalarının mövcud olduqları sübut olunandan sonra kiçik ölçülü qara dəliklərin müşahidəsi bir qədər sadə prosesə çevrildi. Həmin vaxtdan alimlər dəfələrlə ulduz kütləli iki qara dəliyin toqquşması prosesini müşahidə edə biliblər. İndi isə onlar Günəş sisteminə ən yaxın olan açıq ulduz qruplaşmasında bu cür kosmik obyektləri aşkar ediblər.

    Aşkar edilmiş obyektlər Buğa bürcündə yerləşən eyniadlı açıq ulduz qruplaşmasında yerləşirlər. Onlar İtaliyanın Padua Universitetinin, İspaniyanın Barselona Universitetinin Kataloniya Kosmik Tədqiqatlar İnstitutunun mütəxəssisləri tərəfindən aşkar edilib. Bu universitetlərin mütəxəssisləri Günəş sistemindən 150 işıq ili uzaqlığında yerləşən Buğa adlı açıq ulduz qruplaşmasındakı bütün ulduzların hərəkətlərini və təkamüllərini müşahidə etmək üçün kompüter modelləşdirməsi yaradıblar.


    Nəticədə onlar həmin ulduzların indiki yerləşmələri barəsində məlumatları əldə ediblər və həmin məlumatları Gaia adlı teleskopun müşahidələri ilə müqayisə ediblər. Açıq ulduz qruplaşması demək olar eyni özəlliklərə sahib yüzlərlə ulduzdan təşkil edilmiş bir qruplaşmadır. Buğa açıq ulduz qruplaşmasının müşahidə edilmiş özəllikləri 2 və ya 3 qara dəlikdən ibarət modelin özəllikləri ilə üst-üstə düşüblər. Bütün qara dəliklərin 150 milyon il öncə ulduz qruplaşmasını tərk etdiklərini əks etdirən kompüter modelləşdirməsi də yüksək təsadüf əmsalına sahibdir.

    Aparılmış tədqiqat onu göstərib ki, sözügedən ulduz qruplaşmasında formalaşmış qara dəliklər hələ də qruplaşmanın daxilində yerləşirlər. Bu isə o deməkdir ki, Günəşə yaxın olan qara dəliklər daha əvvəlki ən yaxın qara dəlik namizədindən bizim ulduza daha yaxındırlar. Qeyd etmək lazımdır ki, Günəşə ən yaxın qara dəlik mövzusundakı daha öncəki namizəd 1545 işıq ili uzaqlığında yerləşən Gaia BH1 ulduz sistemindəki qara dəlik hesab edilir. 



DAHA ÇOX


Meta şirkəti sabah süni zəka əsaslı çat-botunu təqdim edəcək

Meta şirkəti artıq sabah Connect adlı tədbirinə start verəcək.


Erkən kainatda Süd Yoluna bənzər disk formalı qalaktikaların sayı daha çox imiş..

James Webb kosmik teleskopunun istifadəyə verilməsindən öncə hesab edilirdi ki, kainatın 6 milyard i..


Yupiterin peyki Avropada potensial bioloji həyat növünə işarə edən faktor aşkar ..

James Webb kosmik teleskopu təkcə kosmosun dərinliklərini araşdırmaq üçün nəzərdə tutulmayıb...


Joe Biden süni zəkadan istifadə qaydalarının yaradılması üçün dünya liderlərinə ..

BMT Baş Assambleyasında çıxışı zamanı ABŞ prezidenti Joe Biden süni zəka sahəsində əməkdaşlığın quru..


OpenAI şirkətinin süni zəka modelləri xüsusi qrup tərəfindən yoxlanılacaq..

OpenAI şirkəti Red Teaming Network adlı proqramı işə saldığını elan edib.


Çaylar sürətlə qızaraq tərkiblərindəki oksigeni itirirlər

Aparılmış yeni tədqiqata əsasən çaylarda temperatur daha sürətlə artır və nəticədə onlar okeanlardan..

×