Reklam
Yer kürəsini əhatə edən vacib məlumatların vahid ehtiyat kopyasının Ayda saxlanması planlaşdırılır

Yer kürəsini əhatə edən vacib məlumatların vahid ehtiyat kopyasının Ayda saxlanması planlaşdırılır

Süni zəka və Elm
25.05.2022 PAYLAŞIM

    ABŞ-ın Lonestar Data Holdings adlı bulud provayder şirkəti insan sivilizasiyasını əhatə edən dəyərli biliklərin və məlumatların kosmik miqyasda vahid ehtiyat kopyasını yaratmağı və qlobal fəlakətin baş verəcəyi halda onu gələcək nəsillər üçün qoruyub saxlamağı planlaşdırır. Lakin bu planın əsas diqqət çəkən məqamı ondan ibarətdir ki, həmin ehtiyat kopya Yer kürəsindən uzaq bir yerdə saxlanılacaq. Söhbət, Yer kürəsinin peyki olan Aydan gedir. Məlumatda qeyd edilib ki, Yer kürəsini əhatə edəcək vacib məlumatlar Aydakı serverlərdə saxlanılacaq. “Bizim ən dəyərli aktivlərimiz olan biliklərimizin, bombaların partladıqları və əşyaların yandırıldıqları Yer kürəsində saxlanılması fikri ağlasığmazdır. Biz öz aktivlərimizi planetimizdən kənarda tam təhlükəsiz yerdə saxlanması mümkün olan yerdə saxlamalıyıq” - deyə Lonestar Data Holdings şirkətinin rəhbəri Christopher Stott qeyd edib. Həqiqətən də Yer kürəsində qlobal fəlakətin baş verəcəyi halda Ay məlumatların saxlanması üçün nəzərdə tutulmuş ən optimal variantdır.

    Yer kürəsindən 384.400 km məsafədə yerləşən Ay sivilizasiyanın qorunub saxlanması üçün nəzərdə tutulmuş xüsusi missiyanın reallaşdırılması yolunda çox yaxın, məlumatların mümkün fəlakətlərdən qorunması yolunda isə çox uzaqda yerləşir. Bundan əlavə olaraq müxtəlif ölkələr Ayda daimi yaşayış bazasının reallaşdırılması üçün artıq işlərə start veriblər. Lonestar Data Holdings şirkətinin bu layihəsinin yolunda dayanan əsas problemlərdən biri də ani temperatur dəyişikliklərinə, kosmik Günəş radiasiyasına tab gətirə biləcək təchizatların yaradılmasıdır. Christopher Stott-un sözlərinə əsasən bu problemin həll yolu var. Belə ki, robotlar məlumatların saxlanılması üçün nəzərdə tutulmuş serverləri Ay səthinin alt hissəsində yerləşən qədim lava borularında yerləşdirməli olacaqlar. Məlumata əsasən şirkət bu layihə üzrə ilk proqram testlərini artıq bu ilin sonuna kimi reallaşdıracaq. İlk təchizatların isə Aya 2024-cü ildə göndərilməsi nəzərdə tutulub.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çinli alimlər qan damarları vasitəsilə beyin implantını keçi beyninə yerləşdiri..

Beyin implantının beyinə yerləşdirilməsi cərrahiyyə əməliyyatının keçirilməsini tələb edir və bu cür..


Kosmosun ən uzaq məsafəsinə nəzər yetirmək: James Webb teleskopu yeni rekorda ha..

12 iyul tarixində astronomiya sahəsində növbəti vacib hadisə baş verəcək.


Günəş sistemindən kənarda yerləşən planetlərdə çətin şərtlərə adaptasiya olmuş h..

İsveçrəli alimlərin fikirlərinə əsasən “həyat üçün potensial münbit şəraitə sahib ekzoplanet” anlayı..


Süd Yolu qalaktikasının ən böyük ulduzu öz həyat dövrünün sonuna yaxınlaşır..

VY Canis Majoris adlı qırmızı hipernəhəng ulduz Yer kürəsindən 3900 işıq ili uzaqlığında Böyük Köpək..


Təbii fotosintez lazım deyil: Alimlər bitkilərin tam qaranlıq mühitdə becərilməs..

ABŞ-ın Riversayd şəhərində yerləşən Kaliforniya Universitetinin alimləri bitkilərin tam qaranlıq müh..


Ayda nüvə energetikası: NASA Yer kürəsinin peykində nüvə enerqosistemini yaratma..

NASA ABŞ Energetika Nazirliyi ilə birlikdə Ayda yerüstü nüvə enerqosisteminin yaradılması layihəsi ü..

×