main-post-cover

    Yer kürəsinin son buz zonası da qlobal istiləşmənin təsirinə məruz qalıb

    Süni İntellekt
    07.07.2021
    Farid Pardashunas
        Sibirdə temperatur artımı, buzlaqların sürətlə ərimələri və digər iqlim tendensiyaları başqa regionlardan daha çox Arktikaya təsir göstərirlər. Artıq ümid yeri kimi Yer kürəsinin buzlaqlardan ibarət son regionu qalır. Sözügedən regionda yay aylarında dəniz buzları isti temperaturdan daha uzaqda yerləşirlər və bir çox heyvan növü üçün xilasedici xarakter daşıyırlar. Lakin aparılmış yeni tədqiqatlara əsasən soyuq iqlim mühitinə sahib bu region da təhlükə altındadır. Son illərdə müşahidə olunan yüksək hava temperaturu Şimal Buzlu okeanındakı buzlaqların qalınlıqlarının rekord səviyyədə azalması ilə üst-üstə düşüb. Buna görə də alimlər artıq Arktikada yeni iqlim dövrü barəsində danışmağa başlayıblar.
        Son buz zonası dedikdə Kanada Qrenlandiyadan şimalda olan qütb regionu nəzərdə tutulur. Həmin region morjların, ayıların suitilərin sağ qalmaları üçün kritik vacib əhəmiyyət daşıyır. “Dəniz buzu Arktika üzrə hərəkət edir. Onun müəyyən qanunauyğunluğu var və o, təbii şəkildə Qrenlandiyada və Kanadanın şimal sahilində yığılır. İqlim üzrə modelləşdirilmələrdə dəniz buzlarının vəziyyətlərini zamanda irəli çəkdikdə görmək olar ki, həmin region buzlaqların daha uzunmüddətli saxlanmaları özəlliyinə sahibdir” - deyə tədqiqatçılardan biri qeyd edib. Tədqiqatçılar öz diqqətlərini Yer kürəsinin son buz zonasına daxil olan Vandel dənizinə yönəldiblər. Bu dəniz il boyu qalın buz örtüyünə sahib olur.

    Lakin keçən ilin avqust ayında əldə olunmuş peyk fotoları nəticəsində məlum olub ki, hal hazırda sözügedən buz örtüyünün qalınlığı cəmi 50% təşkil edir. Bu isə rekord dərəcədə aşağı göstəricidir.

        Alimlər üçün bu göstəricilər sürpriz olublar. Belə ki, yayın əvvəlində buz örtüyünün ortalama qalınlığı normaya yaxın idi. Yaz fəslində isə qalınlıq göstəricisi ümumiyyətlə normadan yüksək idi. Alimlər kompüter modelləşdirilməsindən istifadə edərək bu prosesin hansı səbəbə görə baş verdiyini müəyyən etməyə çalışıblar. Əldə olunmuş nəticələr əsasında məlum olub ki, əsas səbəb, buzlaqları həmin regiondan uzaqlaşdıran qeyri-adi küləklər olub. Əlavə səbəb isə uzun illər ərzində stabil qalmış buz örtüyünün incəlməsi olub. Bu proses öz növbəsində okeanın qızmasına gətirib çıxardıb.
        “2020-ci ilin qış və yaz fəsillərində hərəkətdə olan qalın buz sahələri var idi. Lakin cavan və incə buzlaqlar da mövcud idilər. Həmin buzlaqlar əriyərək okeanın səthini açmış vəziyyətə gətiriblər. Bu isə öz növbəsində istiliyin yığılmasına səbəb olub. Qalın buz örtüyünün olmasına baxmayaraq bu proses daha çoxlu sayda buzlağın əriməsinə gətirib çıxardıb. Bununla yanaşı qalın buz örtüyünün zamanla bərpa olmasına baxmayaraq o, gözlənildiyi kimi yüksək qorunma effektini sərgiləməyib” - deyə tədqiqatçılar qeyd ediblər. Alimlər hələ ki, bu proseslərin bütün regiona və buzlaqlardan asılı olan heyvanlara necə təsir edəcəklərini dəqiq şəkildə deyə bilmirlər. Hər halda Yer kürəsinin son buz zonasının da qlobal istiləşmə təsirinə məruz qalma faktı narahatlıq yaratmaya bilməz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər