Logo
    main-post-cover

    60-dan çox biznes sahibi artıq istifadə edir - Berlində yaradılan Hubpoint.ai rezervasiya və biznes idarəetmə platforması artıq Azərbaycanda!

        Almaniyanın Berlin şəhərində azərbaycanlı mütəxəssislər Murad Hüseynov və Mübariz Əzimov tərəfindən hazırlanan süni intellekt əsaslı biznes idarəetmə platforması Hubpoint.ai Azərbaycan bazarına daxil oldu. Almaniya və Türkiyədə artıq istifadə olunan platforma son bir ay ərzində yerli sahibkarların istifadəsinə açıldı. 

    IT mütəxəssisindən sahibkarlığa gedən yol

        Platformanın təsisçisi Murad Hüseynov uzun illər Almaniyada İT sahəsində çalışmış, Siemens, Capgemini və Centogene kimi dünyaca tanınan şirkətlərdə fəaliyyət göstərmişdir. Azərbaycanda texnologiya layihələrinin inkişafında da iştirak edən Hüseynov, 50 mindən çox istifadəçiyə sahib olan Eventeam layihəsinin formalaşmasına töhfə vermişdir.
        Bir il əvvəl korporativ karyerasını arxada qoyan Murad Hüseynov indi bütün diqqətini Hubpoint.ai-nin texnologiya, satış və biznes inkişafı istiqamətlərinə yönəltmişdir.
        Layihənin həmtəsisçilərindən olan Mübariz Əzimov Almaniyada yaşayan azərbaycanlı proqram mühəndisidir. O, IBM təcrübəsi ilə yanaşı, Bosch Rexroth, IMAGE Information Systems və Fraunhofer IGD kimi qurumlarda proqram təminatı üzrə müxtəlif layihələrdə çalışıb. Əzimov Java, Spring Boot, frontend və backend texnologiyaları üzrə təcrübəyə malikdir və Hubpoint.ai platformasının texniki inkişafında mühüm rol oynayır.

    Biznesinizi bir pəncərədən idarə edin

        Hubpoint.ai platforması kiçik, orta və böyük bizneslərə rezervasiyaların idarə olunmasını və gündəlik əməliyyatların təşkilini asanlaşdırır. Vahid idarəetmə paneli vasitəsilə sahibkarlar rezervasiyaları izləyə, işçi performansını qiymətləndirə, ən sıx iş saatlarını müəyyən edə və biznesinin əsas göstəricilərini real vaxt rejimində izləyə bilirlər.
        Platforma işləmək üçün heç bir texniki bilik tələb etmir. Bir və ya bir neçə filialı olan bizneslər öz fərdi rezervasiya linklərini Instagram, WhatsApp və digər rəqəmsal kanallar vasitəsilə müştərilərlə paylaşa, müştərilər isə həmin link vasitəsilə saniyələr içində uygun olan zamanı rezervasiya edə bilərlər.
        Sistem eyni zamanda müştəri məlumatlarını yadda saxlayır, avtomatik xatırlatma mesajları göndərir, ad günü və digər xüsusi günlər üçün fərdiləşdirilmiş təbrik mesajlarının göndərilməsini təmin edir.

    60-dan çox biznes artıq platformadan istifadə edir

        Qısa müddət ərzində geniş istifadəçi kütləsinin diqqətini çəkən Hubpoint.ai hazırda 60-dan çox bizneslə əməkdaşlıq edir. Platforma üzərindən bu günə qədər 5 000-dən çox rezervasiya həyata keçirilmişdir.
        Həll əsasən gözəllik salonları, təhsil müəssisələri, konsultasiya xidmətləri göstərən şirkətlər və xidmət yönümlü bizneslər üçün nəzərdə tutulmuşdur. Platformanın əsas fərqləndirici xüsusiyyətləri arasında süni intellekt dəstəkli biznes tövsiyələri, fərdiləşdirilmiş WhatsApp bildirişləri, müştəri bazasının idarəsi və çoxfiliallı bizneslər üçün vahid idarəetmə imkanları yer alır.

    İlk ay istifadə ödənişsizdir!

        Platforma həm veb versiya, həm də iOS və Android tətbiqləri vasitəsilə əlçatandır. Yeni qeydiyyatdan keçən bizneslər üçün ilk ay istifadəsi tamamilə ödənişsizdir. Technote20 promo kodundan istifadə edən istifadəçilərin hesabına isə əlavə 20 AZN bonus köçürülür.
        Komanda yaxın aylarda yeni süni intellekt funksiyalarının istifadəyə veriləcəyini və məhsulun Azərbaycan bazarının tələblərinə uyğun şəkildə daha da təkmilləşdiriləcəyini bildirdi.

    Paylaş