ADY-də “SİMA Pay” üztanıma ilə ödəniş sistemi istifadəyə verilib
Tech-Azərbaycan
15.05.2026
Farid
“Azərbaycan Dəmir Yolları” QSC və “AzInTelecom” MMC-nin birgə layihəsi çərçivəsində yeni rəqəmsal xidmət istifadəyə verilib. 15 may 2026-cı il tarixindən etibarən dəmir yollarında “SİMA Pay” üztanıma ilə ödəniş sistemi tətbiq olunub.
Technote.az xəbər verir ki, bu sistem Azərbaycanın ictimai nəqliyyat sahəsində dəmir yollarında tətbiq edilən ilk üztanıma ilə ödəniş həlli hesab olunur. İlkin mərhələdə xidmət Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və “Koroğlu” dayanacağında aktivdir.
Məlumata görə, sərnişinlər turniketlərdən keçid zamanı heç bir fiziki kart və ya əlavə cihaza ehtiyac duymayacaqlar. Xidmətdən istifadə üçün “ADY Mobile” tətbiqindəki “Üztanıma ilə keçin” bölməsinə daxil olmaq kifayətdir.
Layihənin növbəti mərhələsində xidmətin Abşeron dairəvi marşrutu üzrə bütün stansiya və dayanacaqlarda tətbiqi planlaşdırılır. Daha sonra sistemin ölkə üzrə bütün dəmir yolu şəbəkəsində istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, “Face Pay” texnologiyasının “SİMA Pay” və “ADY Mobile”ın virtual kartı ilə inteqrasiyası təhlükəsizliyi artıracaq. Biometrik ödənişlərin tətbiqi ilə kartın itirilməsi və balans problemlərinin qarşısının alınacağı bildirilir.
Paylaş
Bənzər xəbərlər