Logo
    main-post-cover

    AMEA-da süni intellektə həsr olunmuş ilk jurnal təsis edilib

        AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında ingilis dilində nəşr olunacaq “Sosial tədqiqatlar və süni intellekt” jurnalının təsis edilməsi məsələsi müzakirə olunub. Qərara əsasən, jurnal Azərbaycan Milli Elmlər Akademiyasında rəsmi olaraq təsis edilib.
        Technote.az xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli yeni nəşrin ölkədə süni intellektə həsr edilmiş ilk jurnal olacağını bildirib. Onun sözlərinə görə, Akademiyada süni intellekt və rəqəmsal inkişaf istiqamətində ardıcıl işlər həyata keçirilir.
        Məlumata əsasən, jurnalın ildə 2 sayı işıq üzü görəcək. Nəşrin həm yüksək poliqrafik, həm də elektron formatda hazırlanması planlaşdırılır.
        Eyni zamanda jurnalın redaksiya heyətinin formalaşdırılması istiqamətində işlər aparılacaq. Bununla yanaşı, nəşr üçün ISSN, e-ISSN və DOI identifikatorlarının alınması nəzərdə tutulur.
        Qeyd olunub ki, jurnalın təsis edilməsi ilə bağlı qərar AMEA-nın Rəyasət Heyəti tərəfindən qəbul edilib. Yeni nəşr sosial tədqiqatlar və süni intellekt sahəsində elmi fəaliyyətin genişləndirilməsinə xidmət edəcək.
    Paylaş