“AYNA MaaS” tətbiqinə WUF13 üçün yeni funksiya əlavə edilib
Tech-Azərbaycan
15.05.2026
Farid
17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar “AYNA MaaS” tətbiqinə yeni funksiya inteqrasiya olunub. Yenilik forum iştirakçılarının şəhərdaxili hərəkətini asanlaşdırmağa yönəlib.
Technote.az xəbər verir ki, istifadəçilər tətbiqdə “WUF13” funksiyasını aktivləşdirməklə səyahətlərini daha rahat planlaşdıra bilərlər. Funksiya forumun keçiriləcəyi günlər ərzində aktiv olacaq.
Tətbiq vasitəsilə xəritədə xüsusi “WUF13 dayanacaqları”nı görmək mümkündür. İstifadəçilər seçdikləri dayanacaqlar üzrə avtobusların real zaman rejimində gəliş vaxtlarını izləyə bilərlər.
Həmçinin tətbiqin “Gedəcəyiniz yer” bölməsində “Bakı Olimpiya Stadionu” seçilərək marşrut planlaşdırmaq mümkündür. Bu imkan tədbir məkanına çatma prosesini sadələşdirir.
Qeyd edək ki, yeni funksiya əsasən qonaqlar və tədbir iştirakçıları üçün nəzərdə tutulub. Yenilik forum günlərində nəqliyyatın idarə olunmasını daha operativ etməyə hesablanıb.
Paylaş