Azərbaycan Dünya Bankının süni intellekt hesabatının hazırlanmasında iştirak edib
Tech-Azərbaycan
19.06.2026
Farid
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Dünya Bankının hazırladığı “Dünya İnkişaf Hesabatı 2026: İnkişaf üçün Süni İntellekt” nəşrinin beynəlxalq məsləhətləşmə prosesində iştirak edib. Hesabat süni intellektin inkişaf etməkdə olan ölkələr üçün yaratdığı imkan və çağırışları qiymətləndirir.
Technote.az xəbər verir ki, İİTKM məsləhətləşmələrə cəlb olunan beynəlxalq təşkilatlar, dövlət qurumları, tədqiqat mərkəzləri və texnologiya şirkətləri arasında yer alıb. Prosesdə OpenAI, Microsoft, Google, Meta, NVIDIA, Amazon və Anthropic kimi aparıcı şirkətlər də iştirak ediblər.
Hesabatda vurğulanır ki, inkişaf etməkdə olan ölkələrin süni intellektdən faydalanması üçün mütləq şəkildə qabaqcıl AI modelləri yaratması tələb olunmur. Əsas diqqət mövcud texnologiyaların yerli ehtiyaclara və prioritetlərə uyğunlaşdırılmasına yönəldilir.
Dünya Bankının qiymətləndirməsinə əsasən, süni intellekt işçi qüvvəsini əvəz etməkdən daha çox onun imkanlarını genişləndirəcək. Texnologiyanın məhsuldarlığın və xidmət keyfiyyətinin artırılmasına töhfə verəcəyi qeyd olunur.
İİTKM ölkədə süni intellektin dövlət idarəçiliyində tətbiqi istiqamətində fəaliyyət göstərir. Mərkəz “Smart Vahid Elektron Hesabatlılıq Platforması” üzərindən məlumatların təhlili, risklərin müəyyənləşdirilməsi və qərarqəbuletmənin dəstəklənməsi üçün süni intellekt texnologiyalarından istifadə edir.
Paylaş
Bənzər xəbərlər