Logo
    main-post-cover

    Azərbaycan HPC infrastrukturu üzrə bp ilə əməkdaşlığı genişləndirir

        İqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR prezidenti Rövşən Nəcəf və bp şirkətinin yeni baş icraçı direktoru Meq O’Nil arasında görüş keçirilib. Görüşdə enerji sektoru ilə yanaşı, rəqəmsal iqtisadiyyat və innovativ texnologiyalar üzrə əməkdaşlıq müzakirə olunub.
        Technote.az xəbər verir ki, görüş çərçivəsində İqtisadiyyat Nazirliyi ilə bp arasında yüksək məhsuldarlıqlı hesablama (HPC) infrastrukturu üzrə Anlaşma Memorandumu imzalanıb. Sənəd Azərbaycanda yeni yaradılan HPC infrastrukturunun bp-nin qabaqcıl təcrübəsi əsasında inkişaf etdirilməsini nəzərdə tutur.
        Memorandum rəqəmsal iqtisadiyyatın inkişafı və hesablama imkanlarının gücləndirilməsinə yönəlib. HPC infrastrukturu böyük həcmli məlumatların emalı və süni intellekt əsaslı həllərin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
        Görüşdə bp-nin Azərbaycandakı uzunmüddətli fəaliyyəti və regionda həyata keçirdiyi enerji layihələri də müzakirə olunub. Tərəflər yeni texnoloji və innovativ tərəfdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
        Həmçinin SOCAR ilə “BP Exploration Limited” arasında daha bir Anlaşma Memorandumu imzalanıb. Sənəd enerji sektorunda innovativ həllərin tətbiqi və əməkdaşlığın genişləndirilməsini hədəfləyir.
    Paylaş