Logo
    main-post-cover

    Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün son 5 gün qalıb

        İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Technion Texnologiya İnstitutunun birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğası üçün qeydiyyat davam edir. Qeydiyyatın başa çatmasına son 5 gün qalıb.
        Technote.az xəbər verir ki, proqramı uğurla bitirənlər arasında ən yüksək nəticə göstərən 5 məzun xaricdə 1 aylıq təcrübə proqramına qatılacaq. Seçilən iştirakçılar real iş mühitində bacarıqlarını sınamaq imkanı əldə edəcək.
        Təlimlərə 17 yaşdan yuxarı vətəndaşlar müraciət edə bilər. Seçim mərhələlərindən sonra 60 nəfər tam təqaüdlə proqrama qəbul olunacaq.
        Tədris prosesi 6 ay davam edəcək. Dərslər gündəlik 09:00–21:00 aralığında nəzəri və praktiki formada keçiriləcək.
        Proqram çərçivəsində “Red Team” və “Blue Team” üzrə mütəxəssislər hazırlanacaq. Təlimi bitirənlərə rəsmi sertifikat təqdim olunacaq.
        Təlimlərdə iştirak etmək istəyən namizədlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün son tarix 10 may 2026-cı ildir.
    Paylaş