Logo
    main-post-cover

    Azərbaycan “Mobile Connectivity Index” üzrə mövqeyini yaxşılaşdırıb

        Beynəlxalq GSM Assosiasiyası (GSMA) 2025-ci il üçün “Mobile Connectivity Index” hesabatını açıqlayıb. Hesabat 174 ölkə üzrə mobil xidmətlərə qoşulma göstəricilərini əhatə edir.
        Technote.az xəbər verir ki, Azərbaycan indeks üzrə göstəricisini ötən illə müqayisədə təxminən 1,6 bal artıraraq 75,4 xal əldə edib. Ölkə həmçinin reytinqdə 2 pillə irəliləyərək 64-cü yerə yüksəlib.
        Hesabata əsasən, Azərbaycan “Advanced” (qabaqcıl) ölkələr qrupunda yer alır. İndeks infrastruktur, qiymət əlçatanlığı, istehlakçı hazırlığı, məzmun və xidmətlər olmaqla 4 istiqamət üzrə 32 indikator əsasında formalaşdırılıb.
        Azərbaycan 2022-ci ildən etibarən “Mobile Connectivity Index” üzrə ardıcıl müsbət dinamika nümayiş etdirir. Son illərdə mobil internet və rəqəmsal xidmətlərin genişlənməsi bu göstəricilərə təsir edib.
        İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) həyata keçirdiyi tədbirlər ölkənin beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsinə töhfə verib. Mobil rabitə infrastrukturunun inkişafı da indeks göstəricilərinin yaxşılaşmasına təsir edən amillərdən biridir.
    Paylaş
    Bənzər xəbərlər