Logo
    main-post-cover

    Azərbaycan rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlığa investisiya yatırır – Nazir müavini

        Azərbaycan sabit və innovasiyaya əsaslanan inkişaf yolunu seçib.
        Technote.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin 1-ci müavini Elnur Əliyev Bakıda İspaniyanın IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzinin yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.
        Onun sözlərinə görə, ölkə rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlığa investisiya yatırır.
        Nazir müavini qeyd edib ki, uzunmüddətli inkişafın əsas gücü insan kapitalıdır.
        O vurğulayıb ki, Bakıda yeni yaradılacaq İspaniyanın IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzin gələcək liderlərin yetişdirilməsinə töhfə verəcək.
        Onun sözlərinə görə, layihə Azərbaycan və İspaniya arasında innovasiya, texnologiya və təhsil sahələrində əməkdaşlığı gücləndirəcək. Eyni zamanda bu təşəbbüs iki ölkə arasında yeni mərhələ yaradır.
        Qeyd edilib ki, gələcəkdə Azərbaycan-İspaniya Universitetinin yaradılması da planlaşdırılır. Məqsəd bilik əsaslı və innovativ iqtisadiyyatın formalaşdırılmasıdır.
    Paylaş
    Bənzər xəbərlər