Azərbaycan startapları Silikon Vadisində həllərini təqdim ediblər
Tech-Azərbaycan
03.06.2026
Farid
Kaliforniyanın Sunniveyl şəhərində yerləşən “Plug and Play” şirkətinin baş ofisində “Silicon Valley May Summit 2026” tədbiri keçirilib. 3 gün davam edən tədbirə 300-dən çox startap və 4 000-dən çox iştirakçı qatılıb.
Technote.az xəbər verir ki, tədbirin əsas mövzuları süni intellekt, fintex, kibertəhlükəsizlik, mobillik, sənaye təchizatı və yarımkeçirici texnologiyaları olub. Tədbir çərçivəsində investorlar, korporativ tərəfdaşlar və startaplar bir araya gəlib.
Mayın 20-də keçirilən “Global Startup Showcase” səhnəsində İRİA və “Plug and Play” tərəfdaşlığı ilə həyata keçirilən “GOAL” proqramının qalibi olan 5 Azərbaycan startapı çıxış edib. “Glacies Biome”, “Bonfi”, “Recepta”, “Pixelfork” və “Pionero AI” öz həllərini beynəlxalq auditoriyaya təqdim ediblər.
Azərbaycan startapları təqdimatlarını biotexnologiya, sağlamlıq və süni intellekt sahələrində reallaşdırıblar. Təqdimatlar qlobal investorlar və texnologiya ekosisteminin nümayəndələri qarşısında baş tutub.
“Pionero AI” startapı isə daha əvvəl keçirilmiş “Shark Tank” sessiyasının qalibi kimi əsas səhnədə xüsusi təqdimat imkanı əldə edib. Tədbir Azərbaycan startaplarının qlobal tanınmasına və beynəlxalq tərəfdaşlıqlar qurmasına şərait yaradıb.
Paylaş