Logo
    main-post-cover

    Azərbaycan və bp enerji təhlükəsizliyi üzrə əməkdaşlığı genişləndirir

        Energetika naziri Pərviz Şahbazov ilə bp şirkətinin yeni baş icraçı direktoru Meq O’Nil arasında görüş keçirilib. Görüşdə enerji təhlükəsizliyi layihələri və Azərbaycan-bp əməkdaşlığının genişləndirilməsi müzakirə olunub.
        Technote.az xəbər verir ki, tərəflər arasında strateji enerji tərəfdaşlığının artıq 30 ildən çox tarixə malik olduğu vurğulanıb. Əməkdaşlığın hazırda bərpa olunan enerji və dekarbonizasiya istiqamətlərində genişləndiyi qeyd edilib.
        Görüşdə azad edilmiş ərazilərdə həyata keçirilən “Şəfəq” layihəsi xüsusi diqqət mərkəzində olub. Cəbrayıldan “yaşıl elektron”ların virtual ötürülməsini təmin edən mexanizmin enerji nəqli və dekarbonizasiya sahəsində yeni mərhələ yaratdığı bildirilib.
        Azərbaycanın enerji strategiyasının neft, qaz, hidro, külək və günəş enerjisini əhatə edən balanslaşdırılmış modelə əsaslandığı qeyd olunub. Həmçinin Xəzər dənizinin 157 QVt həcmində külək enerjisi potensialı və regionlararası enerji interkonnektor layihələri müzakirə edilib.
        Tərəflər dünyada elektrik enerjisinə artan tələbat fonunda Azərbaycanın elektrik enerjisi ixracını prioritet istiqamət kimi müəyyən etdiyini vurğulayıblar. Görüşdə enerji təhlükəsizliyi və qlobal enerji bazarlarındakı vəziyyət ətrafında da fikir mübadiləsi aparılıb.
    Paylaş
    Bənzər xəbərlər