Azərbaycanda İKT üzrə yeni ixtisaslara tələbat artır
Tech-Azərbaycan
05.06.2026
Farid
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda aparılan araşdırmalar nəticəsində əmək bazarının İKT profilli mütəxəssislərə tələbi öyrənilib. Təhlillər əsasında ali təhsil proqramlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb.
Technote.az xəbər verir ki, son illərdə proqram mühəndisliyi, kompüter mühəndisliyi, data analitikası və kibertəhlükəsizlik kimi yeni ixtisaslar tədris proqramlarına daxil edilib. Bir sıra mövcud ixtisaslar da əmək bazarının tələblərinə uyğun yenilənib.
Mütəxəssislərin fikrincə, rəqəmsallaşmanın sürətlənməsi bəzi ənənəvi ixtisasların aktuallığını azaldır və yeni peşələrin yaranmasına səbəb olur. Bu səbəbdən ali təhsil proqramlarının məzmununun mütəmadi yenilənməsi vacib hesab edilir.
Araşdırmalara görə, süni intellekt, rəqəmsal transformasiya və kibertəhlükəsizlik sahələrində strateji hədəflərin reallaşdırılması peşəkar İKT kadrlarından asılıdır. Bu istiqamətdə əmək bazarının davamlı monitorinqinin aparılması mühüm əhəmiyyət daşıyır.
Rəqəmsallaşmanın səhiyyə sektoruna təsiri nəticəsində tibbi informatika, informasiya hüququ, rəqəmsal kriminalistika və kibertəhlükəsizlik kimi ixtisaslara tələbat artır. Mütəxəssislər rəqəmsal bacarıqların inkişafı üçün ixtisasartırma və yenidən hazırlıq proqramlarının genişləndirilməsinin vacibliyini vurğulayırlar.
Paylaş
Bənzər xəbərlər