Azərbaycanda İKT xidmətlərinin həcmi 1,6 milyard manatı ötüb
Tech-Azərbaycan
25.06.2026
Farid
Bu ilin yanvar-may aylarında Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 1 milyard 628,1 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,1% artıb.
Technote.az xəbər verir ki, məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi açıqlayıb. Hesabata görə, İKT sektorunda xidmətlərin həcmi ilin ilk 5 ayında 1,6 milyard manatı keçib.
Təkcə may ayında informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 356,9 milyon manat olub. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 21,2% çoxdur.
Beləliklə, həm ilin ilk 5 ayı, həm də may ayı üzrə İKT xidmətlərinin həcmində artım qeydə alınıb. Ən yüksək artım tempi isə may ayında 21,2% səviyyəsində olub.
Paylaş