Logo
    Azərbaycanda ilk LEGO® Certified Store “TORGROUP Global” tərəfdaşlığı ilə açılır

    Azərbaycanda ilk LEGO® Certified Store “TORGROUP Global” tərəfdaşlığı ilə açılır

    • Azərbaycandakı LEGO® sevənlər üçün yeni bir məkan açılır. Belə ki, “LEGO Group” və “TORGROUP Global” 3 oktyabrda ölkənin ilk LEGO Certified Store-unun Bakıdakı açılışına hazırlaşır.
    • İnteraktiv fəaliyyətlər və LEGO ilə oynamaq imkanları təqdim edən mağazada müxtəlif mövzular və yaş qrupları üçün geniş məhsul seçimi olacaq.
    • İstər hədiyyə, istər ən yeni LEGO seti axtaran, istərsə də LEGO sevən birini sevindirməyi düşünən müştərilərə mağaza mütəxəssisləri (Brick Specialists) kömək edəcək.
        “LEGO Group” və “TORGROUP Global” 3 oktyabrda Azərbaycanda ilk LEGO Certified Store-u “PASHA Malls”un tərkibindəki “Gənclik Mall”da açacaq. Ölkənin ilk rəsmi LEGO mağazası uşaqlar, ailələr və bütün LEGO sevənlər üçün xəyal gücünü, yaradıcılığı və əyləncəni bir araya gətirən yeni bir məkan yaradır. Başqa sözlə, LEGO həyəcanını Azərbaycana gətirərək həm yerli sakinlərə, həm də şəhərin qonaqlarına orijinal satış təcrübəsi təqdim edir.

        Yeni mağaza yaradıcılığı və əyləncəli oyunları ön plana çıxaran interaktiv bir mühit vəd edir. Burada ziyarətçiləri müxtəlif aktivliklər, mütəxəssislərin dəstəyi və geniş çeşiddə orijinal məhsullar gözləyir.

        Əsl LEGO təcrübəsi
        Yeni mağaza ziyarətçilərin birlikdə kəşf edib oynayacağı interaktiv satış məkanı kimi hazırlanıb. Mağazada qonaqları nələr gözləyir:
    • müxtəlif yaş qrupları üçün fərqli mövzularda geniş və orijinal məhsul seçimi, o cümlədən yalnız rəsmi LEGO mağazalarında təqdim olunan məhsullar və xüsusi təkliflər;
    • “Pick a Brick”, “Build a Minifigure”, LEGO pasportu və bir çox interaktiv fəaliyyətlər;
    • müştərilərin özünü minifiqur kimi görə biləcəyi xüsusi minifiqur skaneri;
    • LEGO Certified Store mağazalarına özəl kampaniyalar və hədiyyə imkanları;
    • müştərilərə axtardığı LEGO setlərini və məhsulları tapmaqda kömək edən mütəxəssislər (Brick Specialists);
    • Azərbaycan və Bakıdan ilhamlanan LEGO modelləri və instalyasiyalar.
        Müştərilərə özəl unikal LEGO təcrübəsi
      Mağazanın diqqətçəkən özəlliklərindən biri də Minifiqur Skaneridir. Belə ki, qonaqlar skanerin qarşısında dayanaraq özlərini LEGO minifiquru formasında görə biləcəklər. Bu interaktiv funksiya mağazanı sadəcə alış-veriş etmək yox, həmçinin fərdi və əyləncəli təcrübə yaşamaq üçün özəl bir məkana çevirir.
     Yeni mağazada Azərbaycanın mədəniyyətindən və lokal simvollarından ilhamlanan xüsusi elementlər də yer alır. Burada valideynlər və uşaqlar birlikdə yarada, öyrənə, oynaya və LEGO parçalarının təqdim etdiyi saysız imkanları kəşf edə bilərlər.
      “LEGO Group”un Türkiyə, Mərkəzi Asiya və Qafqaz regionları üzrə baş meneceri Esteban Davalos:
      “Azərbaycanda ilk LEGO Certified Store-un açılması brend təcrübəsinin ölkədə, xüsusilə, Bakıda genişlənməsi baxımından mühüm addımdır. Tərəfdaşımızla birlikdə uşaqların, ailələrin və hər yaşdan LEGO sevənlərin bir araya gəlib qura, yarada və oynaya biləcəyi bir məkan yaratmaqdan məmnunuq. LEGO ilə oynamağın sonsuz imkanları vasitəsilə təsəvvürü və yaradıcılığı dəstəkləməyi və Bakının bir hissəsinə çevrilməyi səbirsizliklə gözləyirik”.
       “TORGROUP”un təsisçisi və sədri Eran Tor:
      “Azərbaycanda ilk rəsmi LEGO Certified Store-un açılışı bizim üçün xüsusi bir mərhələdir və “TORGROUP Global”ın beynəlxalq inkişafında mühüm rol oynayır. “LEGO Group” və “PASHA Malls” ilə birlikdə əsl LEGO təcrübəsini Bakıya gətirməkdən qürur duyuruq. Məqsədimiz sadəcə mağaza açmaq yox, həmçinin Azərbaycandakı LEGO sevənlər üçün uşaqların, ailələrin və həvəskarların bir araya gəlib kəşf etdiyi və xatirələr topladığı bir məkan yaratmaqdır. Qazaxıstandakı fəaliyyətimizin ardınca Bakı LEGO brendinin regiondakı uzunmüddətli mövcudluğunu qurmaq yolunda növbəti vacib addımdır. Əsas məqsədimiz isə dəyişməz olaraq qalır: insanlarda təbəssüm yaratmaq”.
        Təntənəli açılış
        Bu xüsusi anı birlikdə qeyd etmək üçün bütün LEGO sevənlər 3 oktyabrdakı tədbirə dəvət olunur. Açılış günü qonaqları gözləyir:
    • VIP dəvətlilər və media nümayəndələri üçün xüsusi açılış;
    • rəsmi açılış mərasimi;
    • interaktiv fəaliyyətlər və oyunlar;
    • əyləncə proqramı;
    • açılış gününə özəl sürprizlər və məhdud sayda hədiyyələr;
    • mağazanın ilk qonaqları üçün digər xüsusi sürprizlər.
        Mağazanın açılışı ilə bağlı “PASHA Malls” nümayəndəsi bildirir ki:
      “Azərbaycanda ilk rəsmi LEGO Certified Store-u “Gənclik Mall”da qarşıladığımız üçün çox məmnunuq. LEGO ailə üzvlərini yaradıcılıq ətrafında bir araya gətirən və buna görə də ən sevilən brendlərdən biridir. Bu təntənəli açılışın məhz “Gənclik Mall”da baş tutmasından qürur duyur və inanırıq ki, mağaza Bakıda ailələr, uşaqlar və LEGO sevən hər kəs üçün əsas ünvana çevriləcək”.
        Əsas məlumatlar — redaktor üçün qeydlər
        Tədbir: Azərbaycanda ilk rəsmi LEGO Certified Store-un açılışı
        Açılış tarixi: 3 oktyabr 2026 (şənbə günü)
        Ünvan: Gənclik Mall (PASHA Malls), Bakı, Azərbaycan
        Operator: TORGROUP Global (rəsmi LEGO Certified Store tərəfdaşı)
        Mağaza konsepti: Rəsmi LEGO Certified Store
        Mağazanın əsas xüsusiyyətləri:
    • Pick a Brick
    • Build a Minifigure
    • LEGO pasportu
    • Eksklüziv LEGO məhsulları
    • İnteraktiv oyun təcrübələri
    • Mağaza mütəxəssisləri (Brick Specialists)
    • Azərbaycan və Bakıdan ilhamlanan LEGO modelləri və yerli dizayn elementləri
        Əlaqə ünvanları
        TORGROUP Global
        Elektron poçt: [email protected]
        Telefon: +7 702 880 8813
        “LEGO Group” haqqında
     “LEGO Group”un missiyası oyunların gücü vasitəsilə həvəskarları ilhamlandırmaq və dəstəkləməkdir. LEGO parçaları üzərində qurulan LEGO System in Play uşaqlara və LEGO sevənlərə xəyal etdikləri hər şeyi yaratmaq imkanı verir.
        “LEGO Group” 1932-ci ildə Danimarkanın Billund şəhərində Ole Kirk Kristiansen tərəfindən təsis olunub. Şirkətin adı dan dilində “yaxşı oyna” mənasını verən “LEg GOdt” ifadəsindən yaranıb. Baş ofisi Billundda yerləşən “LEGO Group” bu gün də ailə şirkəti olaraq fəaliyyətini davam etdirir və məhsulları 120-dən çox ölkədə satılır. Ətraflı məlumat üçün: www.lego.com
        “TORGROUP Global” haqqında
     “TORGROUP Global” müxtəlif bazarlarda yüksəksəviyyəli pərakəndə satış təcrübəsi və uzunmüddətli LEGO icmaları yaratmağa fokuslanan beynəlxalq LEGO Certified Store tərəfdaşıdır. Şirkətin əsas fəlsəfəsi “Making People Smile (İnsanlarda təbəssüm yaratmaq)” prinsipinə əsaslanır.
      Yerli bazar üzrə ekspertizanı, eləcə də premium satış və immersiv brend təcrübələrini bir araya gətirən “TORGROUP Global” ailələrin və LEGO sevənlərin birlikdə oynaya, kəşf edə və yaddaqalan xatirələr yarada biləcəyi məkanlar yaradır.
     
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...