Logo
    main-post-cover

    Azərbaycanda “İntellektual gömrük” informasiya sistemi yaradılır

        Prezident İlham Əliyev “İntellektual gömrük” informasiya sisteminin (İGİS) yaradılması ilə bağlı Fərman imzalayıb. Fərmana əsasən, sistem yaradılır və onun fəaliyyəti üzrə Əsasnamə təsdiq edilir.
        Technote.az xəbər verir ki, İGİS-in sahibi və operatoru funksiyalarını Dövlət Gömrük Komitəsi həyata keçirəcək. Komitəyə sistemin formalaşdırılması, fəaliyyəti və inkişafı ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb.
        Fərmana əsasən, Dövlət Gömrük Komitəsi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sistemi “Hökumət buludu” (G-cloud) infrastrukturunda yerləşdirəcək. Həmçinin sistemin aparılması və təkmilləşdirilməsi təmin olunacaq.
        Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İGİS-də nəzərdə tutulan məlumatların ilkin mənbəyini formalaşdıran dövlət qurumları ilə birlikdə həmin məlumatların 6 ay müddətində Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etməlidir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti də müvafiq normativ tələblərdən irəli gələn tədbirləri həyata keçirəcək.
        “İntellektual gömrük” informasiya sisteminin yaradılmasında əsas məqsəd gömrük sahəsində rəqəmsal transformasiyanı sürətləndirməkdir. Sistem məlumatların idarə olunmasının təkmilləşdirilməsi, proseslərin avtomatlaşdırılması və xidmətlərin daha səmərəli təşkili üçün vahid rəqəmsal platforma rolunu oynayacaq.
    Paylaş
    Bənzər xəbərlər