Logo
    main-post-cover

    Azərbaycanda Milli Superkompüter Mərkəzi yaradılacaq

        “Azərbaycanın yeni rəqəmsal arxitekturası” ölkənin gələcək inkişaf strategiyasının əsas mərhələlərindən biri hesab olunur. 2026−2028-ci illəri əhatə edən Fəaliyyət Planına uyğun olaraq, ölkədə 2026-cı ildə Milli Superkompüter Mərkəzi yaradılacaq.
        Technote.az xəbər verir ki, yeni mərkəz böyük verilənlərin ölkə daxilində emalına, süni intellekt həllərinin inkişafına və xarici hesablama sistemlərindən asılılığın azaldılmasına xidmət edəcək. Sistem dövlət qurumları, elmi müəssisələr və özəl sektor üçün açıq platforma kimi fəaliyyət göstərəcək.
        Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun məlumatına görə, qurumda şəbəkə-kommunikasiya suverenliyi və rəqəmsal infrastrukturun inkişafı istiqamətində elmi tədqiqatlar aparılır. Eyni zamanda, yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində işlər görülür.
        Bildirilir ki, həyata keçirilən layihələr ölkənin texnoloji müstəqilliyinin gücləndirilməsinə və milli rəqəmsal təhlükəsizliyin təmin olunmasına töhfə verir. Mütəxəssislər Milli Superkompüter Mərkəzinin yaradılmasının elmi innovasiyaların sürətlənməsinə imkan yaradacağını qeyd edirlər.
        Qeyd olunur ki, mərkəz rəqəmsal iqtisadiyyatın inkişafına və yeni texnologiyaların tətbiqinə dəstək verəcək. Bununla yanaşı, platformanın regionda yüksək hesablama gücünə malik əsas texnoloji mərkəzlərdən birinə çevrilə biləcəyi bildirilir.
    Paylaş
    Bənzər xəbərlər