Logo
    main-post-cover

    Azərbaycanda “Rəqəmsal Ticarət Qovşağı” informasiya sistemi yaradılır

        Azərbaycanda “Rəqəmsal Ticarət Qovşağı” informasiya sisteminin yaradılması istiqamətində işlər aparılır. Bu barədə RİNN-in nümayəndəsi Aytən Turabova II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda məlumat verib.
        Technote.az xəbər verir ki, sistem idxal, ixrac, tranzit və logistika prosedurlarının rəqəmsallaşdırılmasını hədəfləyir. Layihə Prezidentin qəbul etdiyi müvafiq Fərman çərçivəsində həyata keçirilir.
        Yeni platforma ekspeditorları, yük sahiblərini, dövlət qurumlarını və biznes subyektlərini vahid rəqəmsal mühitdə birləşdirəcək. Məqsəd nəqliyyat-logistika zəncirində iştirak edən bütün tərəflər arasında əlaqələri sadələşdirməkdir.
        Aytən Turabovanın sözlərinə görə, sistem 4 moduldan ibarət olacaq. Onlardan 2-si artıq fəaliyyət göstərir, digər 2 modulun hazırlanması isə davam edir.
        Sistem “vahid pəncərə” prinsipi əsasında bürokratiyanın və təkrarlanan prosedurların azaldılmasına xidmət edəcək. Eyni zamanda, nəqliyyat proseslərinin real vaxt rejimində izlənməsi və gələcəkdə digər beynəlxalq platformalarla inteqrasiyası mümkün olacaq.
    Paylaş
    Bənzər xəbərlər