Azərbaycanda rəqəmsal transformasiya üçün yeni qanunvericilik paketi hazırlanır
Tech-Azərbaycan
09.06.2026
Farid
Azərbaycanda rəqəmsal transformasiyanın sürətləndirilməsi məqsədilə yeni qanunvericilik paketi hazırlanır. Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov məlumat verib.
Technote.az xəbər verir ki, yeni qanunvericilik paketi üzrə işlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, aidiyyəti agentliklər, tərəfdaş təşkilatlar və digər dövlət qurumlarının iştirakı ilə aparılır. Məqsəd rəqəmsallaşmanı dəstəkləyən daha çevik hüquqi mühit formalaşdırmaqdır.
Bildirilib ki, ölkədə rəqəmsallaşmanın genişlənməsi və yeni texnologiyaların tətbiqi innovasiyaları dəstəkləyən qanunvericilik bazasına ehtiyac yaradır. Bu istiqamətdə hüquqi mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur.
Hazırlanan paket rəqəmsal inkişafın sürətləndirilməsi və innovativ texnologiyaların tətbiqinin genişləndirilməsinə yönəlib. Eyni zamanda rəqəmsal xidmətlərin inkişafı üçün əlverişli şərait yaradılması hədəflənir.
Yeni hüquqi mexanizmlərin süni intellekt texnologiyalarının genişləndirilməsinə də dəstək verməsi planlaşdırılır. Qanunvericilik paketinin rəqəmsal ekosistemin inkişafında mühüm rol oynayacağı gözlənilir.
Paylaş