Logo
    main-post-cover

    Azərbaycanda saxta məlumatlara qarşı rəqəmsal bacarıqlar layihəsinə start verilib

        Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə “Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinin icrasına başlanılıb. Layihə gənclərin rəqəmsal və media savadlılığının artırılmasına yönəlib.
        Technote.az xəbər verir ki, layihə çərçivəsində Azərbaycanın müxtəlif regionlarından seçiləcək 25 gənc üçün Bakıda təlim düşərgəsi təşkil olunacaq. İştirakçılar saxta xəbərlərin müəyyən edilməsi, kiber təhlükəsizlik və şəxsi məlumatların qorunması üzrə biliklər əldə edəcəklər.
        Təlim proqramında süni zəka əsaslı manipulyativ məlumatların tanınması, rəqəmsal etika və onlayn davranış mövzuları da yer alacaq. Gənclər həm nəzəri, həm də praktiki təlimlərə cəlb ediləcəklər.
        Layihənin davamlılıq mərhələsində iştirakçıların öz regionlarında təlimlər, seminarlar və maarifləndirmə tədbirləri keçirməsi nəzərdə tutulur. Həmçinin #RəqəmsalKimlik kampaniyası vasitəsilə minlərlə gəncin məlumatlandırılması planlaşdırılır.
        Layihə çərçivəsində onlayn təlim modulları, videomateriallar və rəqəmsal resurslar hazırlanacaq. Proqramın əsas hədəflərindən biri regionlarda rəqəmsal savadlılıq üzrə aktiv gənclər şəbəkəsinin formalaşdırılmasıdır.
    Paylaş
    Bənzər xəbərlər