Logo
    main-post-cover

    Azərbaycanda yeni AI iş platforması hazırlanır: Softyu Office şirkətlər üçün rəqəmsal AI komanda təqdim edir

        Azərbaycanda fəaliyyət göstərən Softyu komandası biznes proseslərinin süni intellekt vasitəsilə daha səmərəli idarə olunmasına yönəlmiş yeni məhsulu: Softyu Office platformasını hazırlayır.
        Softyu Office-in əsas məqsədi şirkətlərə marketinq, satış, CRM, müştəri dəstəyi, məhsul idarəetməsi, kontent, hüquq, maliyyə və araşdırma kimi gündəlik iş istiqamətlərində AI əməkdaşlardan istifadə etmək imkanı yaratmaqdır. Platforma tək bir süni intellekt köməkçisi təqdim etmək əvəzinə, müxtəlif biznes rolları üzrə ixtisaslaşmış AI agentləri vahid iş mühitində birləşdirir.
        Layihə daxilində hazırda 18 fərqli AI əməkdaş konsepti hazırlanıb. Bu agentlər arasında CRM meneceri, satış nümayəndəsi, müştəri dəstəyi üzrə rəhbər, marketinq rəhbəri, SEO mütəxəssisi, kontent yazarı, məhsul meneceri, UI/UX dizayner, maliyyə analitiki, hüquq məsləhətçisi, bazar araşdırmaçısı və digər rollar yer alır.
        İlkin mərhələdə Softyu Office daxilində Telegram, Custom Webhooks, Softyu Cloud, Gmail , Google Calendar, Google Drive, Dropbox, AWS S3, GitHub inteqrasiyaları üzərində iş aparılır. Bu inteqrasiyalar platformanın ilk real ssenarilərini formalaşdırmağa imkan verir: məsələn, yeni e-mail gəldikdə Telegram bildirişi göndərmək, GitHub issue yaratmaq, daxili webhook-lar vasitəsilə agentləri xarici sistemlərdən trigger etmək və faylları Softyu Cloud üzərindən idarə etmək mümkündür.
        Növbəti mərhələdə platformanın biznes avtomatlaşdırma imkanlarının genişləndirilməsi planlaşdırılır. Bu mərhələyə WhatsApp, Stripe, Salesforce və Asana kimi inteqrasiyalar daxildir. Bu inteqrasiyalar vasitəsilə ödənişlərin izlənməsi, CRM məlumatlarının yenilənməsi, tapşırıqların yaradılması, təqvim hadisələrinin idarə olunması, faylların saxlanması və komanda işinin avtomatlaşdırılması mümkün olacaq.
        Softyu komandasının yanaşmasına görə, gələcəkdə kiçik və orta bizneslər böyük komanda qurmadan da bəzi əməliyyat proseslərini AI əməkdaşlarla daha sürətli və daha aşağı resursla idarə edə biləcəklər. Platforma xüsusilə yeni qurulan bizneslər, startaplar, agentliklər, təlim mərkəzləri və xidmət şirkətləri üçün faydalı ola bilər.
        Softyu Office-in uzunmüddətli vizyonu şirkətlərin AI əsaslı işçi komandasını formalaşdırmasına kömək edən rəqəmsal iş mühiti yaratmaqdır. Bununla belə, komanda bazara çıxışın ilk mərhələsində bütün funksiyaları eyni anda təqdim etmək əvəzinə, daha konkret biznes problemlərinə fokuslanmağı planlaşdırır. İlkin mərhələdə əsas diqqət email marketinqi, müştəri dəstəyi , məzmun yazıçısı və tərcümə proseslərinin AI vasitəsilə avtomatlaşdırılmasına yönəldiləcək.
        Platformanın fərqləndirici tərəfi ondan ibarətdir ki, istifadəçi sadəcə sual-cavab edə bilən chatbotla deyil, konkret vəzifələr üzrə işləyən AI əməkdaşlarla qarşılıqlı əlaqədə olur. Məsələn, satış nümayəndəsi potensial müştərilər üçün təklif mətnləri hazırlaya, CRM meneceri müştəri kommunikasiyasını strukturlaşdıra, marketinq rəhbəri kampaniya planı təklif edə, kontent yazarı isə məqalə və sosial media məzmunu yarada bilər. Bütün bunlar isə 20-ə yaxın inteqrasiyalar ilə birbaşa işləmə imkanına malikdir.
        Softyu Office hazırda inkişaf və ilkin istifadəçi testi mərhələsindədir. Komanda məhsulu real biznes prosesləri üzərində sınaqdan keçirmək, istifadəçi rəyləri toplamaq və platformanı bazarın ehtiyaclarına uyğun formalaşdırmaq niyyətindədir.
        Softyu komandasının fikrincə, süni intellektin bizneslərdə tətbiqi yalnız böyük şirkətlər üçün deyil, kiçik və orta bizneslər üçün də əlçatan olmalıdır. Softyu Office bu istiqamətdə Azərbaycan bazarından çıxan yerli texnologiya məhsullarından biri kimi formalaşdırılır.
        Layihə haqqında daha ətraflı məlumat üçün:
     
    Paylaş