Azərbaycanda “Youth Empowerment Through Innovation” proqramına start verildi
Tech-Azərbaycan
08.06.2026
Sevinj
Azərbaycanda gənclərin innovasiya və sahibkarlıq bacarıqlarının inkişafına yönəlmiş “Youth Empowerment Through Innovation” proqramının açılış tədbiri keçirilib.
AIM Projects tərəfindən həyata keçirilən proqram çərçivəsində 25 komanda və 50 iştirakçı 7 həftə ərzində innovativ ideyalar üzərində işləyəcək, mentorluq dəstəyi alacaq və final mərhələsində layihələrini ekspertlər qarşısında təqdim edəcək. Proqram gənclərdə innovasiya düşüncəsini inkişaf etdirmək, təsiryönümlü startap ideyalarını dəstəkləmək və iştirakçıları beynəlxalq innovasiya ekosistemlərinə hazırlamaq məqsədi daşıyır.
Proqramın yekununda ən yüksək nəticə göstərən komandalar müsahibə mərhələsinə dəvət olunacaq və qalib seçilən 3 komanda ABŞ-da, o cümlədən Silicon Valley və Silicon Slopes ekosistemlərində iki həftəlik innovasiya təcrübəsində iştirak etmək imkanı qazanacaq.
Paylaş
Bənzər xəbərlər