Azərbaycanın rəqəmsal iqtisadiyyat strategiyası qlobal platformaya inteqrasiya olunub
Tech-Azərbaycan
01.05.2026
Farid
“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” Dünya İqtisadi Forumunun “Strateji İntellekt” platformasına inteqrasiya olunub.
Technote.az xəbər verir ki, platformada yerləşdirmə Azərbaycanın rəqəmsal iqtisadiyyat üzrə prioritetlərini beynəlxalq ekspert icması üçün əlçatan edir.
“Strateji İntellekt” süni intellekt əsaslı rəqəmsal analitik mühitdir. Platforma qlobal tendensiyaların izlənməsi və siyasətlərin müqayisəsi üçün imkan yaradır.
Sistem 250-dən çox mövzu üzrə məlumatları bir araya gətirir. Burada müxtəlif ölkələrin strategiyaları və təcrübələri təqdim olunur.
Azərbaycanın strategiyası rəqəmsal transformasiyanın sürətləndirilməsini əsas hədəf kimi müəyyən edir. Sənəd rəqəmsal infrastruktur, innovasiya və startap ekosisteminin gücləndirilməsini əhatə edir.
Strategiyada süni intellekt, böyük verilənlər və bulud texnologiyalarının tətbiqi nəzərdə tutulur. Məqsəd rəqəmsal sektorun inkişafı və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasıdır.
Paylaş
Bənzər xəbərlər