Logo
    main-post-cover

    AzTU tələbə təcrübələri üçün süni intellekt əsaslı portal tətbiq edir

        Azərbaycan Texniki Universitetində (AzTU) tələbə təcrübələrinin təşkili üçün yeni və innovativ idarəetmə modeli tətbiq olunur. Süni intellekt əsaslı təcrübə portalı artıq ikinci ildir istifadədədir.
        Technote.az xəbər verir ki, yeni sistem tələbə, universitet və sənaye müəssisələri arasında əlaqəni vahid platformada birləşdirir. Hər bir ixtisas üzrə tələbə sayından daha çox təcrübə yeri formalaşdırılır.
        Tələbələr portal üzərindən akademik göstəricilərinə əsasən təcrübə yerini və rəhbərini seçə bilirlər. Bu yanaşma seçim imkanlarını genişləndirir və təcrübə prosesində şəffaflığı artırır.
        Portal vasitəsilə tələbələrin fəaliyyəti gündəlik rəqəmsal izlənilir. Təcrübə başa çatdıqdan sonra bütün qeydlər əsasında yekun hesabat avtomatik hazırlanır və süni intellekt tərəfindən qiymətləndirilir.
        AzTU-nun modeli beynəlxalq səviyyədə tətbiq olunan “internship management”, “work-based learning”“digital assessment” yanaşmalarına uyğun qurulub. Gələcəkdə portalın karyera inkişafı, məzunizləmə və əmək bazarı analizini də əhatə edəcək şəkildə genişləndirilməsi planlaşdırılır.
    Paylaş
    Bənzər xəbərlər