Logo
    main-post-cover

    Bakı bu il ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək

        Bakıda keçirilən Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasında paytaxtın ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcəyi elan olunub. Tədbir Bakı Enerji Həftəsi çərçivəsində təşkil edilib.
        Technote.az xəbər verir ki, iclas İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin köməkçisi Keyleb Orr iştirak ediblər.
        Görüş zamanı Azərbaycanda rəqəmsal infrastrukturun yaradılması, texnologiya transferi və sənaye həllərinin tətbiqi ilə bağlı bir sıra sənədlər və Dialoqun Protokolu imzalanıb. Tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
        İqtisadi Dialoq çərçivəsində süni intellekt, rəqəmsal infrastruktur, enerji təhlükəsizliyi, ticarət, tranzit və investisiyalar mövzularında panel sessiyalar keçirilib. Müzakirələrdə regional bağlantılar və yeni investisiya imkanları diqqət mərkəzində olub.
        Süni intellekt və rəqəmsal infrastruktur üzrə sessiyada data mərkəzləri, süni intellekt texnologiyalarının tətbiqi və tənzimləyici çərçivələrin inkişafı məsələləri nəzərdən keçirilib. Tərəflər gələcək əməkdaşlıq və innovativ layihələrin dəstəklənməsinin vacibliyini vurğulayıblar.
    Paylaş
    Bənzər xəbərlər