Bakıda BTİ Regional Akselerasiya Mərkəzinin fəaliyyəti müzakirə olunub
Tech-Azərbaycan
02.05.2026
Farid
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Beynəlxalq Telekommunikasiya İttifaqının ekspertlərinin iştirakı ilə onlayn görüş keçirilib. Görüşdə Regional Akselerasiya Mərkəzinin gələcək fəaliyyəti müzakirə olunub.
Technote.az xəbər verir ki, müzakirələr zamanı Mərkəzin məqsədləri, missiyası və idarəetmə modeli üzrə fikir mübadiləsi aparılıb. Ekosistem iştirakçılarının rəyləri toplanılıb.
Bildirilib ki, Mərkəzin əsas prioritetləri innovativ sahibkarlığın gücləndirilməsidir. Bu, startaplar, bizneslər və təhsil qurumlarının əməkdaşlığı ilə həyata keçiriləcək.
Regional Akselerasiya Mərkəzi MDB bölgəsində ilk olaraq Azərbaycanda fəaliyyət göstərir. Bakıdakı mərkəz regional innovasiya ekosistemləri arasında əməkdaşlığı genişləndirəcək.
Mərkəz startaplar, KOB-lar və digər iştirakçıların beynəlxalq şəbəkələrə inteqrasiyasını sürətləndirəcək. Eyni zamanda bazar və maliyyə əlçatanlığı imkanlarını artıracaq.
Qeyd edək ki, Mərkəz 2025-ci ildə İRİA və BTİ arasında strateji əməkdaşlıq çərçivəsində yaradılıb. Layihə innovasiya və rəqəmsal inkişafın dəstəklənməsinə yönəlib.
Paylaş